Fars () — Adıge Respublikasında və Krasnodar diyarında çay. Fars Laba çayının sol qolu olub Kuban hövzəsinə aiddir.

Xarakteriskası Fars çayı öz başlanğıcını Qayalı silsiləsinin şimal yamacında yerləşən mağaradan çıxan bulaqdan götürür. Yaxınlıqda Ekvesopko dağı yerləşir. Mənbədən 4,3 km cənub-şərqdə Pobeda qəsəbəsi yerləşir."Географический атлас России" / АСТ • Астрель • Роскартография, Москва, 2008 год. ISBN 5-85120-218-1. Mənsəbinin hündürlüyü dəniz səviyyəsindən 70 metr yüksəklikdədir. Mənbənin hündürlüyü — dəniz səviyyəsindən 1010 metrdir.

Yuxarı axınlarda çay əhəng daşılı süxurlardan keçir və dərədən çıxdıqdan çay kənarında olan ilk yaşayış məntəqəsi olan Novosvobodnaya kəndindən keçir. Maxoşevskaya kəndi yaxınlığında dağ-meşə zonasından çıxır. Yaroslavskaya kəndində sağ qolu olan — Psefir çayı ilə birləşir. Karseva xutorunun cənubunda sol qolunu qəbul — Seral. Laba çayına, sol sahildən, mənsəbinin 72 km-də birləşir.

Maykop, Qiaqin, Koşexabl və Şovqenovsk rayonları, eləcə də Krasnodar diyarının Mostovski rayonu ərazisindən keçir. Çayın uzunluğu — 197 km, su toplayıcı hövzəsinin sahəsi — 1450 km². Çayın ümumi düşməsi — 950 m, meyillik — 4,61 m/km-dir.

Yuxarı axınlarda Fars dağ çayı xarakteri daşıyır. Aşağı axarlarında isə tipik düzənlik çayıdır. Meandrlaşma güclüdür. Minerallaşma aşağı axarlarda yüksəkdir. Yay aylarında yağıntıları az olması səbəbi ilə suyun səviyyəsi düşür. Daşqınlar zamanı su ətraf ərazilər basır.

Rusiyanın dövlət su reyestrinin məlumatlarına görə Fars çayı Kuban hövzəsi bölgəsinə, Laba çayının su təsərrüfatı dairəsinə daxildir.

Çayın yuxarı axarlarında qafqaz müharibəsi zamanı adıqların yaratdığı müdafiə xəttinin qalıqlar qalmış. Ətraf ərazilərdə çoxlu mağaralar var. Onlardan ən məhşuru qədim monastrın yerləşdiyi mağaradır. Meşələrində daha çox ağacvarı fındıq yetişir.

Etimologiyası Osetin dilində () — "tərəf" mənasını verir.Абаев В. И. Осетинский язык и фольклор. — М.—Л.: Издательство АН СССР, 1949. — С. 310.Коков Дж. Н. Фарс // Избранные труды. Том 1. Адыгская топонимия. — Нальчик : Эльбрус, 2000. — С. 405. — ISBN 5-7680-1434-9. Ərəb dilində "fərz" dini göstəriş, vəzifə deməkdirК. Х. Меретуков. Фарз // Адыгейский топонимический словарь. — 3-е изд., доп. — Майкоп : ООО "Качество", 2003. — С. 259. — ISBN 5-901701-43-7.. Adıq dilindən Ифэрзагъ tərcümədə "yuvarlandı, uçdu" deməkdir.Твёрдый А. В. Фарс // Кавказ в именах, названиях, легендах: опыт топонимического словаря. — Краснодар : Платонов И., 2008. — С. 334. — ISBN 978-5-89564-044-9.

Bunlardan başqa çay əvvəllər adıqların maxoşev tayfalarının mərkəzi olan eyni Sosurokay kəndininadı ilə tanınırdı.

İstinadlar Kateqoriya:Rusiya çayları Kateqoriya:Kuban çayının qolları Kateqoriya:Krasnodar diyarı çayları