thumb|right|300px|Jujan xaqanlığı Jujan xaqanlığı (Tan Tan) — Şimali Çin çöllərində türk-monqol dövləti. Çinlilər tərəfindən Juan-Juan da adlanır. Hunlarla qonşu idilər. Dinləri tanrıçılıq idi.

V əsrin əvvələrindən Xinqandan başlayaraq Altaya qədər olan ərazilərdə Jujanların xanı Deuday—"at çapa-çapa ox atan" ləqəbli Şelun başçılıq edirdi.Dərgah Qüdrətov “Türk Xalqlarının Tarixi”. Bakı, 2004, səh.40.

Dövlət başçısı xaqan ünvanı daşıyırdı. Şimali Vey dövlətinin tarixçisi qeyd edir ki, hakim tayfa Syanbi qoluna mənsub idi. Güman var ki, avarlar Jujan birliyinə daxildir. Bir çox sənədlərdə Juan-Juan xalqının Avar və ya Asiya Avarları adı ilə qeyd edilməsiJ. Marquart, 1914, Gy. Nemeth, 1930, 0. Franke, 1936, W. Eberhard, 1947 və digər tərəfdən Juan-Juanrin Monqol kimi göstərilməsi Avropa Avarlarının da bu qəbildən olmasını təsdiq edir.Jujanlar IV yüzildən VI yüzilədək tarixin səhnəsində olmuşlar.Саргалаулы К. Турки. Жужани. – Алматы: Санат, 1999. – 103 с.

Lev Qumilyov da özünün “Qədim türklər” kitabında Göytürklərin tarixləri-nin ən başlarında jujanlar üçün dəmir hasil etmək və metal əşyalar yaratmaqla məşğul olduqlarını bildirir.Гумилев Л. Древние тюрки. Москва, «АСТ», «Yazıçı”, 2002. стр.31.

Jujan xaqanları Yuğlu-yuy Huylu-huy Şelun - (402-410) Yuyçzülyü Hulü - (410-411) Yuyçzülyü Datan - (411-430) Vuti - (430-445) Tuxeçjen - (445-464) Yuyçzülyü Yuçenq - (464-485) Yuyçzülyü Tulun - (485-492) Yuyçzülyü Naqay - (492-493) Yuyçzülyü Futu - (493-508) Yuyçzülyü Çunu - (508-520) Anaxuan - (520-552) Yuyçzülyü Polomen - (521-524) Yuyçzülyü Tiefa - (552-553) Yuyçzülyü Denqçu - (553) Yuyçzülyü Kanqti - (553) Yuyçzülyü Anloçen - (553-554)

İstinadlar

Kateqoriya:Türk dövlətləri Kateqoriya:Türk tarixi Kateqoriya:Tarixi türk dövlətləri Kateqoriya:Çin tarixi Kateqoriya:Monqolustan tarixi Kateqoriya:Xanlıqlar Kateqoriya:Jujanlar Kateqoriya:Çində yaşayan etnik qruplar Kateqoriya:Tarixi Asiya xalqları Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Avropanın tarixi dövlətləri Kateqoriya:Monqol dövlətləri Kateqoriya:IV əsrdə yaranmış dövlətlər və ərazilər Kateqoriya:550-ci illərdə ləğv olunmuş dövlətlər və ərazilər Kateqoriya:Köçəri xalqlar Kateqoriya:Atlı xalqlar