Şalva Mixayloviç Mşvelidze (; 1904–1984) — sovet gürcü bəstəkarı və musiqi müəllimi. Gürcüstan SSR xalq artisti (1958). İki İkinci dərəcəli Stalin mükafatı laureatı (1942, 1947). 1947-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub.Большая советская энциклопедия. Гл. ред. А. М. Прохоров, 3-е изд. Т. 17. Моршин — Никиш. 1974. 616 стр., илл.; 34 л. илл. и карт.

Həyatı Şalva Mşvelidze 1904-cü il iyulun 15-də (28) Tiflisdə (indiki Tbilisi, Gürcüstan) anadan olmuşdur.

1930-cu ildə Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasına daxil olmuş, burada M.M.Baqrinovskinin yanında bəstəkarlıq təhsili almışdır. Aspirantura təhsilini N. A. Rimski-Korsakov adına Dövlət Konservatoriyasında və Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasında (V. V. Şerbaçovun qrupunda təhsil alıb) davam etdirib.

Şalva Mşvelidze ilk gürcü klassik musiqisinin pionerlərindən sayılır. Onun yaradıcılığına altı simfoniya və simfonik poema daxildir. Belə ki, o, "Tariel əfsanəsi" (1946), "Böyük Ustadın sağ əli" (1961), "Qafqazioni" oratoriyası (1949) və "Əsrlər ənənəsi" (1970, V. İ. Leninə həsr olunmuş) operalarının, dörd simfoniyanın (1943, 1944, 1952, 1968), "Zviadaur" (1940), "Mindiya" (1950), "Gənc və bəbir" (1962) simfonik poemalarının müəllifidir.

Mşvelidze bədii yaradıcılıqla yanaşı inzabati vəzifələrdə də çalışıb. O, Sov.İKP üzvü və deputat olub. Gürcüstan Daxili İşlər Nazirliyində məsul vəzifələr icra edib. Şalva Mşvelidze 3-cü çağırış Gürcüstan SSR Ali Sovetinin deputatı seçilmişdir.

1942-ci ildə professor elmi adına layiq görülüb. 1942-ci ildə Mşvelidze Gürcüstan Sovet Bəstəkarlar İttifaqının sədri seçildi. 1947-ci ildən Gürcüstan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru və bədii rəhbəridir. 1942-ci ildə simfonik poemasına görə Stalin mükafatına layiq görülüb. Ona ikinci Stalin mükafatı 1947-ci ildə "Tarielin hekayəsi" operasına görə verildi. O, həm də Zakariya Paliaşvili mükafatı laureatı olub. O, 1952-ci ilə qədər Gürcüstan Bəstəkarlar İttifaqının Komitəsinin rəhbəri olub.

Abxaz xalq musiqisinin toplanması və yazılmasında iştirak etmişdir.Музыкальная энциклопедия. Гл. ред. Ю. В. Келдыш. Т 1. А — Гонг. 1072 стб. с илл. М.: Советская энциклопедия, 1973

Şalva Mşvelidze 1984-cü ildə Tbilisidə vəfat edib. O, yazıçılar və ictimai xadimlərin Didube panteonunda dəfn olunub.

Mükafatları İkinci dərəcəli "Stalin" mükafatı (1942) — "Zviadur" simfonik poemasına görə İkinci dərəcəli "Stalin" mükafatı (1947) — "Tariel əfsanəsi" operasına görə (1946) Gürcüstan SSR xalq artisti (1958) Z.P.Paliaşvili adına Gürcüstan SSR Dövlət Mükafatı (1971) Cəvahirləl Nehru mükafatı (1973) — hind mövzularında musiqi əsərlərinə və hind musiqi folkloruna dair bir sıra esselərə görə) "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar Dostluğu" ordeni (13 iyun 1974) medallar

İstinadlar

Kateqoriya:Opera bəstəkarları Kateqoriya:Gürcüstan SSR xalq artistləri Kateqoriya:SSRİ bəstəkarları Kateqoriya:Gürcüstan bəstəkarları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:"Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin III çağırış deputatları