Gürcüstan-film () — Tbilisi şəhərində bədii filmlərin istehsalı ilə məşğul olan dünyanın ən qədim kinostudiyalarından biri. Kinostudiya 1921-ci ildə yaradılmışdır. 1923-cü ildən "Gürcü Saxkinmretsvi" (Qoskinprom), 1953-cü ildən indiki adı ilə adlandırılmışdır. 1930-cu ildən bədii filmlərlə yanaşı cizgi filmlərinin istehsalı ilə də məşğul olmağa başlamışdır. Kinostudiyada çəkilən filimlər ümumittifaq və beynəlxalq kino festivallarının (Kann Film Festivalı) mükafatlarını qazanmışdır. Hazırda kinostudiyaya Direktorlar Şurasının sədri Arçil Menaqarişvili rəhbərlik edir.

Gürcüstan-film kinostudiyasında hazırkı dövrə qədər 800 bədii, televiziya üçün hazırlanmış və qısametrajlı filmlər, 600 sənədli filmlər və 300 cizgi filmləri çəkilmişdir.

Tarixi 250px|thumb|left|Gürcüstan-filmdə çəkilmiş "Küp" bədii filmindən kadr Gürcü filmlərinin istehsalı tarixi 1908-ci ildən başlayır. İlk çəkilən filmlər sənədli filmlər olub. Vasil Amaşukeli və Aleksandr Diqmelov əsasən cəmiyyətdə baş verən hadisələri əks etdirən ilk sənədli filmləri çəkiblər: "Dəvələrlə kömür daşımaq", "Bakı bazarları", "Kutaisi mənzərələri" və s. 1908-ci il rəsmi olaraq gürcü kino tarixinin başlanğıcı hesab olunur. 1912-ci ildə Kutaisidəki "Radium" kinoteatrında Vasil Amaşukelinin "Akakinin Raça-Leçxumiyə səyahəti" filminin premyerası oldu. Bu, ilk tammetrajlı gürcü sənədli filmi, ilk filmi idi. Bu, dünya kino tarixində ilk tammetrajlı sənədli film idi. 1916-cı ildə Germane Qogitidzenin rəhbərliyi ilə rejissor Aleksandr Tsutsunava Eqnat Ninoşvilinin eyniadlı povesti əsasında ilk tammetrajlı "Kristina" bədii filmi çəkilir.

1918-ci ildə Belçikanın "Film" kinoşirkəti vasitəsilə Tiflisdə ilk kinostudiya yaradılmışdır. 1923-cü ildə yuxarıda adı çəkilən studiyanın bazasında "Saxkinmretsvi" yaradılmışdır. 1928-ci ildə kinoxronika sektoru yaradıldı. Bu müddət ərzində Gürcüstanda artıq 200-ə yaxın bədii və xronika filmi çəkilmişdi. 1938-ci ildə "Saxkinmretsvi" "Tbilisi Kinostudiyası" adlandırıldı. 1947-ci ildə ilk sovet tammetrajlı stereoskopik filminin çəkildiyi stereostudiya açıldı. 1951-ci ildə Tiflis Kinostudiyası rəngli filmlərin istehsalına başladı. 1953-cü ildə Tbilisi kinostudiyasının adı dəyişdirilərək "Gürcüstan filmi" ("Gürcüstan-film") adlandırıldı. 1956-cı ildə Gürcüstan Televiziyası yayıma başlayanda televiziya kinostudiyası açıldı.Фомин В. И. История российской кинематографии (1941–1968 гг.). — М.: Канон+ РООИ "Реабилитация", 2018. — С. 269.

Yaradıcılıq sahəsi 1948–1952-ci illərdə Tbilisi Kinostudiyası SSRİ-də yeganə idi ki, ildə 2–4 film çəkilirdi (müttəfiq respublikaların qalan kinostudiyaları az və ya heç nə istehsal etmirdilər).

Gürcüstan kinosunun yüz illik tarixi ərzində 800-dən çox tammetrajlı bədii, televiziya və qısametrajlı filmlər, 1600-ə qədər sənədli və elmi-populyar filmlər, 600-ə qədər animasiya və kukla filmləri yaradılmışdır. Kinostudiyada məşhur rejissorlar çalışıb: Nikolay Şengelaya, Mixail Çiaureli, Vaxtanq Tabliaşvili, Rezo Qabriadze, Eldar Şengelaya, Lana Qoqoberidze, Sergey Paracanov, Qriqori Lordkipanidze, Merab Kokoçaşvili, Tengiz Abuladze və Nana Corcadze.

Müasir vəziyyəti 200px|thumb|right|Gürcüstan-filmdə çəkilən, 1987-ci ildə Kann Film Festivalında Qran Priyə layiq görülən "Tövbə" bədii filminin rus dilində posteri Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə Rusiyanın "Qosfilmofond" kino fondundan gürcü kino irsinin geri qaytarılması prosesi mərhələlərlə həyata keçirilib. 1920-ci illərdə Saxkinmretsvi əsasında çəkilmiş 200 bədii və xronika filmindən yalnız 54-ü Rusiyada saxlanılıb, onların bir hissəsi artıq Gürcüstana qayıdıb. Onların arasında Mixail Kalatozişvilinin uzun müddət itirilmiş film hesab edilən ilk müstəqil rejissor işi olan "Onların krallığı" (1928) əsəri də var. O, həm də ilk gürcü qadın rejissoru Nutsa Qoqoberidzenin debüt işidir. Filmdə unikal xroniki materialdan istifadə olunub. Geri qaytarılan filmlər arasında həmçinin: rejissor. Aleksandr Tsutsunavanın "Xanuma" (1926), "İki ovçu" (1927) və "Quriyada üsyan" (1928) filmləri; rejissor Kote Marcanişvilinin "Krazana" (1928) və "Komunari Çibuxi" (1929); rejissor. N. Şenqelayanın "Giuli" (1927); Dir. Q. Makarovun "Bazardan gələn qadın" (1928); rej. Kote Mikaberidzenin "Mənim nənəm" (1928. Köhnə versiya); rej. M. Çiaurelinin "Səba" (1929); rej. Tengiz Abuladzenin "Tövbə" (1986) və başqaları vardır.

Kinostudiyanın yenilənmiş anbarında təqribən 50 000 qutu film saxlanılır ki, bunun da 25 000-ə qədəri "Xronika" sənədli filmlər studiyasının tam arxividir. Unikal əşyaların saxlandığı fond rekvizitləri ayrıca diqqətəlayiqdir.

110 illik yubileyi ilə əlaqədar sərgi təşkil olunub və sərgiyə demək olar ki, bütün gürcü kinematoqrafçıları və diplomatik korpuslar dəvət olunub. Sərgidə filmlərdə istifadə olunan 70-ə qədər tarixi geyim və İkinci Dünya müharibəsi dövrünə aid silahlar, o cümlədən kino xadimlərinin tarixi fotoşəkilləri, 200-ə qədər kino eskizi (geyimlər, animasiya və s.), kinokameralar və çəkiliş avadanlığı nümayiş etdirilib. Ziyarətçilər yaşıl fonda rekvizitlərlə şəkil çəkdirə bilərlər.ქართული ფილმი 2018

Kinostudiya cizgi filmlərinin bərpası üçün Milli Arxivlə fəal işləyir.

Məşhur filmləri

1929 — Kommunarın telefon dəstəyi 1930–79 saylı kamera 1937 — Arsen 1938 — Böyük parıltı 1939 — Vətən 1941 — Qara dağlarda (qısa, tammetrajlı) 1942 — Sualtı əsirlikdə 1942 — Georgi Saakadze. 1-ci seriya 1942 — Tutulmaz Yanvar 1943 — Georgi Saakadze. 2-ci seriya 1943 — O, qayıdacaq 1944 — Malaxov Kurqanı 1944 — Toy 1946 — And 1947 — Şairin beşiyi 1948 — Keto və Kote 1953 — Dmitri Arakişvili (sənədli film) 1954 — İynəcə 1955 — Dağlardan düşənlər 1956 — İki okeanın sirri 1958 — Fatimə

1958 — Məmlük 1960 — Venesiya Mavrı (Otello) (film-balet) 1960 — Yarımçıq qalmış mahnı (Çexoslovakiya ilə birgə) 1963 — Ağ karvan 1964 — Əsgər atası 1966 — Keçmişlə görüş 1966 — Yarpaqların düşməsi 1967 — İddia 1968 — Qeyri-adi sərgi 1969 — Qəm eləmə! (Mosfilm kinostudiyası ilə birgə) 1969 — Pirosmani 1970 — Nəğmə quşu yaşadı 1971 — Küp 1973 — Veria məhəlləsinin melodiyaları 1973 — Rekord 1974 — Axmaqlar 1974 — Mərc 1975 — İlk baxışdan sevgi (Lenfilm kinostudiyası ilə birlikdə) 1975 — Şənbə gecəsi 1976 — Canlı Əfsanələr 1976 — Arzu ağacı 1976 — Üzüm Vadisinə gəlin

1976 — Yanğın, sevgi və pompiero 1976 — Termometr 1976 — Üç rubl 1977 — Limonlu tort 1977 — Dağları fəth edənlər 1977 — Kəpənək 1977 — Qayıdış 1977 — Ögey ana Samanişvili 1977 — Sahillər 1978 — Üç iddiaçı 1979 — Qeyrətli donuz 1980 — Uğurlar 1981 — Sağlam ol, əzizim 1984 — Mavi Dağlar və ya İnanılmaz Hekayə 1984 — Tövbə 1984 — Suram qalasının əfsanəsi 1985 — Dünyanın ən sürətlisi 1988 — Aşıq-Qərib 1988 — Don Kixot və Sançonun həyatı 1993 — Ekspres Məlumat 1999 — Zəncirli Cəngavərlər 2000 — Gəmi

İstinadlar

Ədəbiyyat Фомин В. И. История российской кинематографии (1941–1968 гг.). — М.: Канон+ РООИ "Реабилитация", 2018. — С. 269.

Xarici keçidlər English website Catalogue of the studio's 207 animated films

Kateqoriya:Tbilisi mədəniyyəti Kateqoriya:Gürcüstan mədəniyyəti Kateqoriya:Animasiya studiyaları Kateqoriya:Gürcüstan-film istehsalı filmlər Kateqoriya:Gürcücə filmlər Kateqoriya:"Lenin" ordeni ilə təltif edilən təşkilatlar Kateqoriya:SSRİ film şirkətləri Kateqoriya:1921-ci ildə Rusiyada yarananlar