thumb|At nalı thumb|Nalbənd Nal — at, eşşək, öküz və bənzəri heyvanların ayaqlarını zədələnmədən qorumaq üçün istifadə olunan, əksər hallarda metaldan, bəzən də qismən, yaxud tamamilə müasir sintetik materialdan düzəldilən əşya. Az da olsa, bəzi hallarda nalların yapışdırılan formalarına rast gəlinir. Heyvanların ayaqlarına nal vuran şəxsə nalbənd deyilir.

Mədəniyyətlərdə yeri

Xənədanlıq simvollarında İngiltərənin ən balaca tarixi əyaləti olan Rutlandın bayrağında meşə palamutları səpələnmiş sahəyə qoyulmuş qızıl nal təsvir olunmuşdur.

Abidələr və tikililər Finlandiyanın Tuuri kəndindəki (Alavus şəhərinin ətrafında yerləşir) ticarət mərkəzində nəhəng qızılı nal formasında tikili ucaldılıb. Bu, bölgənin ən məşhur abidələrdən biridir; lakin "Reuters"-in dünyanın ən çirkin binaları və abidələri siyahısında üçüncü yerdədir.

İstinadlar

Kateqoriya:Atçılıq Kateqoriya:Şərdən qoruduğuna inanılan əşyalar Kateqoriya:Uğur simvolları Kateqoriya:Əhliləşdirilmiş heyvanlar Kateqoriya:Tilsimlər Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri