Donmuş 2 () — Walt Disney Animation Studios tərəfindən 2019-cu ildə istehsal olunmuş Amerika animasiya filmi. 58-ci Disney cizgi filmi, 2013-cü il "Donmuş" cizgi filminin ikinci hissəsi. Filmin rejissoru Chris Buck və Cennifer Lee, onlar da ssenari müəllifi, prodüseri isə Peter Del Vechodur. Əsas personajları Kristen Bell, İdina Menzel, Coş Qad və Conatan Qroff səsləndirirlər. Birinci filmdəki hadisələrdən sonra Elza, bacısı Anna, Kristoff, maral Sven və qar adamı Olaf Sehrli meşəyə yollanır və burada Arendelle krallığının keçmişi ilə bağlı sirri açmalıdırlar.

Premyerası 7 noyabr 2019-cu ildə Hollivudda baş tutmuşdur. ABŞ-də cizgi filmi 22 noyabr 2019-cu ildə ekranlara buraxıldı. Film tənqidçilərdən ümumiyyətlə müsbət rəylər aldı. Onlar animasiyanı, mahnıları, vizualları və səs oyununu tərifləsələr də, süjeti tənqid ediblər. Premyera həftəsonu üçün 358 milyon dollar gəlir əldə edən Donmuş II cizgi filmləri arasında yayılmasının ən uğurlu başlanğıcını göstərdi. Filmin dünya üzrə ümumi gəliri 1,4 milyard dollar olmaqla, onu 2019-cu ilin üçüncü uğurlu filmi, ikinci ən çox gəlir gətirən cizgi filmi və bütün zamanların ən böyük 10-cu filmi edir. Film Into the Unknown mahnısına görə Oskar mükafatı nominasiyası almışdır.

İstinadlar

Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:2019-cu ilin cizgi filmləri Kateqoriya:ABŞ cizgi filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:Cizgi filmləri Kateqoriya:ABŞ cizgi filmləri Kateqoriya:Uşaq filmləri Kateqoriya:ABŞ-nin musiqili fentezi filmləri Kateqoriya:2019-cu ilin 3D filmləri Kateqoriya:Disney cizgi filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:XIX əsr haqqında tarixi filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Disney klassikləri Kateqoriya:ABŞ-nin tammetrajlı animasiya filmləri Kateqoriya:Fantastika filmləri