Zəngəzur döyüşləri — 2021-ci il noyabrın 16-da, Azərbaycan və Ermənistan Respublikaları sərhədində baş verən döyüşlərdir. Döyüşlər əsasən Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın və Kəlbəcər rayonlarının Ermənistanın Zəngəzur bölgəsi ilə həmsərhəd ərazilərində baş verib. Döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin döyüş vasitələri, tank əleyhinə qurğu və minaatan məhv edilib.

Zəmin Noyabrın 13-də saat 07:12-də Azərbaycanın Xankəndi şəhərindən Xankəndi-Laçın şose yolu ilə avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan vətəndaşı "RQD-5" markalı əl qumbarası ilə Azərbaycan Respublikasının ərazisində terror aktı törədir. Belə ki, qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşərək Şuşa şəhərinin Daşaltı kəndi yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atıb. Nəticədə 3 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Terrorçu Rusiya sülhməramlıları tərəfindən tutulsa da, tezliklə azadlığa buraxılıb və Ermənistanda qəhrəman kimi qarşılanıb. Bu hadisədən sonra Azərbaycan və Ermənistan hərbçiləri arasında sərhəd boyunca qarşılıqlı atışmalar güclənib.

İstinadlar

Kateqoriya:2021-ci ildə Azərbaycan Kateqoriya:2021-ci ildə Ermənistan Kateqoriya:Qarabağ münaqişəsi Kateqoriya:Ermənistanın döyüşləri Kateqoriya:Azərbaycanın döyüşləri Kateqoriya:Kəlbəcər rayonu