Braunson adası () — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Etolin adasının cənub-şərq sahillərində yerləşir, ondan dar Kanoe boğazı ilə ayrılır. Uzunluğu təxminən 11 km, eni isə 1,6 ilə 3,2 km arasındadır. Adanın hündürlüyü dəniz səviyyəsindən təxminən 300 m-ə çatır. Braunson adasının cənubunda bir neçə kiçik adacık vardır. Adanın cənub ucunda yerləşən bir neçə qaya yalnız çəkilmə zamanı görünürDepartment of Commerce. United States Coast Pilot: Alaska. Dixon Entrance to Yakutat Bay. Pt. 1. — Public domain. — U.S. Government Printing Office, 1917..
İstinadlar
Kateqoriya:Aleksandr arxipelaqı Kateqoriya:Alyaskanın yaşayış olmayan adaları