Kostyuşko adası () — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Uels Şahzadəsi adasının şimal-qərb ucunda yerləşir və uzunluğu təxminən 40 km-dir. Adanın sahilləri qayalı və əlçatmazdır, adanın özü dağlıqdır və sıx meşələrlə örtülüdür. Kostyuşko adasının ərazisi 444,4 km²-dir. Buda onu ABŞ-də 38-ci ən böyük ada edir. Adanın ən yüksək nöqtəsi olan Frensis dağı dəniz səviyyəsindən 819 metr yüksəklikdədir. 2000-ci il siyahıyaalınmasına görə əhalinin sayı 52 nəfərdir, onlardan 49 nəfəri Edna Bay şəhərində yaşayır.

Ada Reç Pospolita və ABŞ-nin hərbi, siyasi lideri Tadeuş Kostyuşkonun şərəfinə adlandırılmışdırKosciusko Island. U. S. Geological Survey Geographic Names Information System..

İstinadlar

Kateqoriya:Aleksandr arxipelaqı