Xain Bizans — Qani Müjdənin ssenarisini yazdığı və rejissorluğunu üstləndiyi 21 yanvar 2000-ci il çıxış tarixli türk parodiya filmi. Filmdə Mehmet Əli Ərbil, Demet Şener, Cem Davran "Cem Davran resmi sitesi, Özgeçmiş sayfası", Hande Ataizi, Sümer Tilmaç, Ayşəgül Aldinç, Yılmaz Köksal, Nursəli İdiz kimi ustad aktyor və aktrisalar yer alır.
Mövzu Film kenquru hücumları və quraqlıq üzündən vətənləri Avstraliyadan Fransaya köç edən Nacaroğullarının qabaqlarına çıxan itin bələdçili ilə Anadoluya gəlmələriylə başlayır. Bu dönəmdə Anadolu Şərqi Roma imperatorluğu hakimiyyəti altındadır.
İmperator İlletyus bir yuxu görür və bunu kahinə yozdurur. Kahin imperatora illər sonra bu gün doğulan bir nacar oğlan uşağının əliylə öləcəyini xəbər verir. Buna görə də İlletyus nacarların yeni doğulan bütün oğlan uşaqlarının öldürülməsini əmr edir. Bizans əskərlərinin hücumu əsnasında əşirətin rəisi Süper qazi uşaqların və qadınların gizlənməsini əmr edir. Arvadı həmin gün doğulan üçəm oğullarını çaya buraxır. İllər sonra uşaqlar böyüyür. Biri Şərqi Romanın varisi olur; biri obada, digəri isə çayda yaşayır.
Aktyorlar
Mətmət Əli Ərbil - İmperator İlletyus Demet Şənər - VI Emmanuel Dem Davran - Yetiş Bəy, Gavur Bəy (Markus Antonyus), Gedər Bəy Sümər Tilmaç - Süper Qazi Ayşəgül Aldinç - Teodora Nurseli İdiz - Helena Hande Ataiz - Mağdurə Xatun Yılmaz Köksal - Şəpətçioğlu Cengiz Kiçikayvaz - Smitis Suad Sunqur - Doşvan Bəy Günay Karacaoğlu - Anaç Xatun Ümid Oxur - Teodorakis Belma Canciyər - Ərəb bacı Kərəm Atabəyoğlu - Brut Cem Karaca - Saz aşığı Baykal Kənd - Mehmanxana sahibi Mətin Şəntürk - Saray mühafizəçisi Çəncan Gülərüz - Lombelikus Cezmi Basqın - Hacı Mataryus Çələbi Kərəm Kupaçı - şeypurçu Kayhan Yıldızoğlu - Nostradamus (Nosti) Fərdi Atunər - Nacar kəndlisi Nəcmi Yapıçı - Bizans əskəri Şevket Süha Tezəl - Bizans əskəri Engin Qoç - Bizans əskəri Nur subaçı - spiker, nəql edən, nağılçı Kateqoriya:Türkiyə haqqında filmlər Kateqoriya:2000-ci ilin filmləri Kateqoriya:2000-ci illərin Türkiyə filmləri