Kekerten adası () — Baffin Torpağının cənub-şərq sahillərində, Kamberlend körfəzində yerləşən ada. Kikastan adalar qrupunun ən cənub hissəsini təşkil edir. İnzibati cəhətdən Kanadanın Nunavut ərazisinin Kikiktani rayonunun bir hissəsidir. Adanın ərazisində eyniadlı ərazi parkı vardır.

Adanın sahəsi 13,65 km²-dir. Uzunluğu 7,4 km, eni isə 4,1 km-dir. Kekertenin ən yüksək nöqtəsi dəniz səviyyəsindən 174 m yüksəklikdədir. Daimi əhalisi yoxdur.

İstinadlar

Kateqoriya:Kanada adaları Kateqoriya:Labrador dənizinin adaları Kateqoriya:Kanada Arktik arxipelaqı Kateqoriya:Atlantik okeanın yaşayış olmayan adaları