Mazıx (2001-ci ilədək Matsex) — Azərbaycan Respublikasının Zaqatala rayonunun Mazıx kənd inzibati ərazi dairəsində kənd.

Mədəniyyəti Mazıx kəndində orta məktəb, həkim ambulatoriyası, klub, poçt, ATS, uşaq baxçası, baytarlıq dairəsi, asfalt zavodu, Beretbinə kəndində məscid, klub, kitabxana, feldşer–mama məntəqəsi, Qəbizdərə kəndində ibtidai məktəb, kitabxana, feldşer–mama məntəqəsi vardır.

Tarixi abidələr: Məscid, Qədim bürc, qəbristanlıq, Hücrə.

Coğrafiyası və iqlimi Mazıx kəndi, rayon mərkəzindən 5 km aralı, Zaqatala–Balakən şose yolunun yaxınlığında, Katex çayının sağ sahilində yerləşir. Qəbizdərə kəndi, Qazangül kəndi, Katex çayı ilə həmsərhəddir. Mazıx ərazi nümayəndəliyi 4 (Mazıx, Qəbizdərə, Beretbinə, Cicixana) kənddən ibarətdir.

Nümayəndəliyin ərazisi 1568 hektar.

Əhalisi Zaqatala şəhərindən 13 km uzaqlıqda yerləşən kənddə 376 evdə 1,500 nəfər əhali məskunlaşmışdır, onların 98%-ni avarlar təşkil edir.SİLESER (Summer Institute of Linguistics Electronic Survey Reports 2005) İnternational :The Sociolinguistic Situation of the Avar in Azerbaijan Dini mənsubiyyəti müsəlman.

Nümayəndəlik RİHB-nın ərazi icra nümayəndəsi, Mazıx (Mazıx, Qəbizdərə və Cicixana kəndləri daxildir) və Beretbinə bələdiyyələri tərəfindən idarə olunur.

Əhalinin əsas məşğuliyyəti maldarlıq, meyvəçilik, əkinçilik, fındıqçılıqdır.

İstinadlar

Kateqoriya:Zaqatala rayonunun kəndləri