Əshamə ibn Əbcər () – Məhəmməd peyğəmbərin dövründə yaşamış Aksum şahı (nəcaşi).
İslamda yeri
Nəcaşi xristian idi, lakin sonra İslamı qəbul etmişdir. Məkkəli müsəlmanlar müşriklər tərəfindən zülmə məruz qaldıqdan sonra Peyğəmbər onları Efiopiyaya göndərir və Nəcaşi müsəlman qaçqınları qəbul edərək öz mülklərində yerləşdirir. O, yanına gələn müsəlmanlara Məhəmmədin peyğəmbərliyi və dinlərinin əsasları haqqında suallar verir. Onların cavablarından sonra İslamın qəbulu ilə bağlı şəhadət verir. Bunun xəbəri Məkkə müsəlmanlarına da gəlib çatanda onlar sevinir. Məhəmməd peyğəmbər onun vəfatından xəbər tutanda Mədinədə olarkən onun üçün cənazə namazı qılır. İstinadlar
Həmçinin bax Aksum krallığı
Kateqoriya:Tabiinlər Kateqoriya:İslam tarixi