Əbu Amir Tüleyhə ibn Hüveylid ibn Nofəl əl-Əsədi (; ) — Əsəd qəbiləsinin lideri, Ərəbistanın "yalançı peyğəmbərlərindən" və VII əsrdə Ərəbistandakı peyğəmbərlik hərəkatının xarakterik simalarından biri. Bioqrafiyası Tüleyhə Əsəd qəbiləsinin hərbi liderlərindən biri idi. 626 və 627-ci illərdə müsəlmanlarla döyüşlərdə iştirak etmişdir. O, fərasəti və gələcəyi proqnozlaşdırmaq bacarığı ilə məşhur idi. 631-32-ci illərdə Tüleyhə özünü peyğəmbər elan edir, ərəblərin gələcək qələbələri, xüsusən də Suriya və İraqı fəth etmələri haqqında peyğəmbərlik etmişdir.
Məhəmmədin vəfatından sonra fəaliyyətini gücləndirir, Əsəd, Fəzar və Tay qəbilələrinin bir hissəsini İslamdan müvəqqəti uzaqlaşmağa müvəffəq olur. Onun fəaliyyəti gənc müsəlman dövləti üçün təhlükə yaradır. Xalid ibn Vəlidin komandanlığı ilə ona qarşı göndərilən qoşunlar onun ordusunu məğlub edir. Qaçan Tüleyhə sonradan tövbə edərək İslamı qəbul edir. O, müsəlmanların İraq və Suriyanın fəthində iştirak etmişdir. 642 və ya 645-ci ildə vəfat edir. İstinadlar
Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:İslam tarixi Kateqoriya:Ərəb şairlər Kateqoriya:Müsəlmanlar Kateqoriya:Peyğəmbərlər Kateqoriya:Ərəb generallar