Mərziyyə Nəcəfova () — ədəbiyyatşünas, filologiya elmləri doktoru.

Həyatı Mərziyyə Allahyar qızı Nəcəfova 1970-ci il martın 18-i Beyləqan rayonu İkinci Şahsevən kəndində dünyaya gəlmişdir. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 1997-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışır, hal hazırda filologiya elmlər doktoru, baş elmi işçidir. Azərbaycan Yazıçılar birliyinin, AMEA-nın Ədəbiyyat İnstitutunun Seminar Şurasının və Sumqayıt Dövlət Universitetinin Müdafiə Şurasının üzvüdür.

Elmi fəaliyyəti 2015-ci ildə "Xurşid Banu Natəvan" mükafatçısıdır.

2018-ci ildə "Avropa Nəşr Mətbuat Evi"nin qızıl medalı ilə təltif olunub.

2019-cu ildə AMEA-nın Humanitar Elmlər Bölməsi tərəfindən "Fəxri Fərman"la təltif olunub.

Kitabları Sənsiz düşüncələrim, Bakı, 1999 Qarabağ mövzusu bədii publisistikada (90-cı illər), Bakı, 2000 Bir ovuc torpaq, Bakı, 2002 Müasir Azərbaycan Ədəbiyyatında Qarabağ mövzusu, Bakı, 2005 Ata Ocağı, Bakı, 2007 Qarabağ mövzusunun poeziyada işlənmə istiqamətləri, Bakı, 2009 Poeziya və Qarabağ problemi, Bakı, 2009 1990-cı illər Azərbaycan ədəbiyyatında vətənpərvərlik motivləri, Bakı, 2012 Susmayan könlüm, Bakı, 2017 Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı (məqalələr toplusu), Bakı, 2017 Müasir Azərbaycan poeziyasında Qarabağ, Bakı, 2019 Poeziyamızın Qarabağ savaşı — Vətən müharibəsi, Bakı, 2021

İstinadlar

Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar