Bakı Fəlsəfə Akademiyası — Azərbaycanda düşüncə platforması. Məzmunu fəlsəfə, incəsənət, humanitar elmlər və bir çox digər sahədə yazı, video material, məqalə, tərcümə və bloqdan ibarətdir.

Tarixi Bakı Fəlsəfə Akademiyası 16 aprel 2020-ci ildə bir qrup azərbaycanlı tədqiqatçı tərəfindən yaradılmışdır. Akademiyanın qurucuları platformanın əsas məqsədinin Azərbaycan dilində fəlsəfə haqqında ədəbiyyat azlığının azaldılması istiqamətində işlər görmək olduğunu bildirmişdir. Platforma çərçivəsində müxtəlif məqalə tərcümələrinə, bloq və müəllif yazılara yer verilmişdir. Bu günə qədər akademiya tərəfindən altı kitab yayımlanmışdır. Akademiya kitabları tam təmənnasız və ödənişsiz şəkildə oxuculara təqdim edir. Bakı Fəlsəfə Akademiyası həmçinin, xüsusi animasiya videoların səsləndirilməsini həyata keçirir. 2021-ci ilin aprelinə olan məlumata görə, akademiya tərəfindən 40-a qədər belə video Azərbaycan dilində tərcümə edilmiş və səsləndirilmişdir. Platforma sosial şəbəkələrdə hər həftə xüsusi canlı yayım proqramlar, vebinar və təlimlər təşkil edirOd və fəlsəfənin qovuşması - “Atəşgah” məbədində Zərdüşütlük yad edilib . milliyol.az, 19.04.2022 Fəlsəfə və “Yanar dağ” bir arada (FOTO) . qaynarinfo.az, 12.04.2022 , bura bir sıra tanınmış şəxsləri, o cümlədən xarici fəlsəfəçiləri də bu layihələrə dəvət edilir. Akademiyanın şüarı "hər kəs üçün fəlsəfə"dir.

Nəşrlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2020-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycanın elmi-tədqiqat institutları Kateqoriya:Araşdırma mərkəzləri Kateqoriya:Bakı təşkilatları Kateqoriya:Azərbaycanın qeyri-kommersiya təşkilatları