Abdulla Goran və ya Abdulla Qoran (; ) — İraq kürd şairi.
Həyatı Abdulla Goran 1904-cü ildə İraqın Hələbcə şəhərində anadan olmuşdur. O, yerli məktəblərdə və Kərkükdə pedaqoji institutda təhsil almışdır. Goran Kərkükdə müəllim işləyərkən yeni dilləri, türk və Qərb ədəbiyyatını öyrənəmişdir. O, 1930-cu illərdə radikal siyasi və ictimai hadisələrdə iştirak etmiş, 14 iyul 1958-ci il inqilabına qədər tez-tez həbs edilmişdir. Goran iki kürd ləhcəsi olan kurmanc və soranı birləşdirərək vahid kürd ədəbi dili yaratmaq üçün çox səy göstərmişdir. Bundan əlavə, o, tərcüməçi olub, ingilis, fransız, fars və türk dillərindən kürd dilinə mətnləri tərcümə etmişdir. Abdulla Goran 1962-ci ildə Süleymaniyyə şəhərində vəfat etmişdir.
İstinadlar
Kateqoriya:İraq şairləri Kateqoriya:İraq jurnalistləri Kateqoriya:İraq tərcüməçiləri Kateqoriya:Kürd şairlər Kateqoriya:Kürd jurnalistlər Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər