Firuzşah Zərrinkolah (digər mənbələrdə Zərrin-külah Firuzşah; ; mənası – Qızıl baş hökmdar Firuz) və ya Qızılbörk Firuz — Səfəvi sülaləsinin bilinən ilk nümayəndəsi.
Həyatı "Zərrin Kolah" kimi tanınan Firuz Şah Zərrin Kolah Həbibəddin (Firuz şah) indiki Kürdüstanı Sincardan olan kürd Nurəddin Məhəmmədin oğlu idi.F. Daftary, "Intellectual Traditions in Islam", I.B.Tauris, 2001. pg 147: "But the origins of the family of Shaykh Safi al-Din go back not to Hijaz but to Kurdistan, from where, seven generations before him, Firuz Shah Zarin-kulah had migrated to Azerbaijan" Ordenin eponimi Şeyx Səfi Firuzşahdan altı nəsil sonra anadan olmuşdur. Səfəviyyə ordeni qurulduqdan sonra ərsəyə gətirilən yeni mətnlərdə Firuzşahın nəsil şəcərəsi 7-ci şiə imamı Musa Kazıma qədər çıxarılır.Husayn ibn Abdāl Zāhidī, 17th cent. Silsilat al-nasab-i Safavīyah, nasabnāmah-'i pādishāhān bā uzmat-i Safavī, ta'līf-i Shaykh Husayn pisar-i Shaykh Abdāl Pīrzādah Zāhidī dar 'ahd-i Shāh-i Sulaymnān-i Safavī. Berlīn, Chāpkhānah-'i Īrānshahr, 1924. 116 pages. Tarixçi Namiq Musalı səfəvilərin öz hökmdarlıqlarının legitimliyini əsaslandırmaqdan ötürü bu amildən geniş surətdə istifadə etdiklərini bildirmişdir.
Bəzi mənbələr Firuzşahı İbrahim ibn Ədhəm övladından, digərləri isə İbrahim ibn Ədhəmin nəvələrindən olan Sultan Əhmədin tərəfdarı kimi təqdim edir. Həmçinin, mənbələrdə Firuzun Azərbaycana gəlmədən əvvəl Əli ibn Musa Rzanın Məşhəddəki məqbərəsinin mühafizəçisi olduğunu bildirilir. "Safvətüs-səfa"nın Süleymaniyyə kitabxanasındakı nüsxələrinin birində "İbrahim ibn Ədhəm" yerinə "Sultan Əhməd" adı işlədildiyindən bəzi araşdırmaçılar "Sultan Əhməd"i ayrı şəxs hesab etmişdir. "Safvətüs-səfa"da Firuzşah birbaşa İbrahim Ədhəmlə əlaqələndirilir. Onu əsas alan İsgəndər Bəy Münşi də Firuzşahın Ərdəbilə İbrahim Ədhəm tərəfindən göndərildiyini qeyd edir. Bu əsərin Oqtay Əfəndiyev və Namiq Musalı tərəfindən edilən tərcüməsində Firuzşah İbrahim Ədhəmin oğlanlarından biri kimi göstərilmişdir. Buna baxmayaraq, onların ikisi də tərcüməçilər bu iddianı əsasız qəbul etmişdir.
İstinadlar
Xarici keçidlər Səfəvi tarixi
Kateqoriya:Səfəvilər Kateqoriya:XI əsr şəxsləri