Vaqif Seyidov () — tibb elmləri doktoru, professor, Əməkdar həkim

Həyatı Seyidov Vaqif Cavad oğlu 1 iyun 1941-ci ildə Şəmkir rayonunun Zəyəm qəsəbəsində anadan olmuşdur. 1960–1966-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil almışdır. 1966-cı ildə Elmi-Tədqiqat Klinik və Eksperimental cərahiyyə institutuna klinik ordinaturaya daxil olmuşdur.

Elmi fəaliyyəti 1970-ci ildə mədəaltı subtotal reaksiyasının qanın laxtalanma sisteminə təsiri mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi adını almışdır. 1976–1979-cu illərdə isə doktorluq dissertasiyası üzərində işləmək üçün Moskva şəhərində Ümumittifaq Cərrahlıq Mərkəzinə və SSRİ Tibbi Elmlər Akademiyasının Bakulyev adına instituta ezam olunmuşdur. 1979-cu ildə Elmlər Akademiyasının tibbi üzrə ixtisaslaşmış şurasında doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru adına layiq görülmüşdür. 1982–1988-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun ümumi cərahiyyə kafedrasında əvvəl dosent, sonralar isə professor vəzifəsində çalışmışdır. 1982–1983-cü illərdə Bakı şəhərinin, 1983–1994-cü illərdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin baş cərrahi və eyni zamanda M. Topçubaşov adına Elmi-Cərrahi qastroeteroloji şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikasının Əməkdar həkimi və SSRİ səhiyyə əlaçısı olmuşdur. Mədəaltı vəz və öd yollarında aparılan bir sıra orijinal əməliyyatların müəllifidir. Respublikada ilk dəfə qanın aortası üzərində rekonstruktiv əməliyyatları aparmışdır. Respublikamızda mədə rezeksiyası zamanı kompressioan qastroenteroanastomiozun işləyib tətbiq etmişdir. 230-dan artıq elmi işin, o cümlədən 9 monoqrafiya və metodik vəsaitin, 7 ixtira və 20 səmərələşdirici təklifin müəllifidir. O, dəfələrlə Respublika, ümumittifaq və Beynəlxalq konfederasiyaların iştirakçısı olmuşdur.10-a qədər namizədə və doktorlara rəhbərlik etmişdir. 2002-ci ildə Sankt-Peterburqda Petrovsk Akademiyasının müxbir üzvü seçilmişdi.

Ölümü 10 fevral 2022-ci ildə Bakı şəhərində vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkimləri