Mir Səməd Cəfərli () – azərbaycanlı jurnalist, teleaparıcı, bloqqer, səyyah.
Həyatı Cəfərli Mir Səməd Mir Abtalıb oğlu 24 dekabr, 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989-cu ildə 4 saylı fars təmayüllü internat məktəbini bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olmuşdur. 1994-cü ildə BDU-nu ərəbşünas kimi bitirmişdir. Daha sonra isə təhsilini Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda davam etdirmişdir.
Fəaliyyəti Mir Səməd Cəfərli Azərbaycanın müxtəlif TV kanallarında jurnalist, ictimai-siyasi verilişlərin və “talk-show”ların aparıcısı kimi çalışmışdır.
İlk dəfə efirdə 1997-ci ildə Space TV-də Xəbərlər proqramının aparıcısı kimi tanınmışdır. 2012-ci ildə ATV kanalında teleməkanda səyahətlə bağlı olan çox məşhur – Turne verilişi efirə başlayır. Müəllif və aparıcı olan M. Cəfərli bu verilişlə 40-a yaxın ölkədən 80-dən çox veriliş hazırlayır. Veriliş 2016-cı ilə kimi 4 mövsüm davam edir.
Mirsəməd Cəfərli 2003-2004-cü illərdə Lider TV-nin Yaxın Şərq üzrə, 2004-2005-ci illərdə isə Belçika Krallığında xüsusi müxbiri olaraq fəaliyyət göstərmişdir.
2016-cı ildən isə teleaparıcı Fərid Gözəl ilə ATV kanalında Çox gəzən bilər verilişini hazırlayırlar. Bu veriliş 2019-cu ilin sonuna kimi ATV kanalında, 2021-ci ilin payızından isə Space TV-də yayımlanmağa başlayır. Çox gəzən bilən verilişi ilə paralel ATV kanalında Yadındamı verilişinin də aparıcı olub. 2020-ci ildən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının idarə heyətinin üzvüdür.
İstinadlar