Sorn Kyerkeqor (; ) — ilk ekzistensialist filosof olaraq qəbul edilən danimarkalı sosial tənqidçi, dini yazıçı, şair, teoloq və filosof.Swenson, David F. Something About Kierkegaard, Mercer University Press, 2000..

Həyatı Kyerkeqor 1813-cü ildə Kopenhagendə varlı bir ailədə doğuldu. Varlı tüccar olan atasının dindarlığı Kyerkeqora da təsir etmişdi. O, erkən yaşlarından dini mətinləri oxumağa başlamışdı. Dini araşdırmalar onu fəlsəfəyə doğru çəkirdi. Kyerkeqor gənckən Xristian Volf, Lüdviq Holberq, Yohan Georq Hamann,Kierkegaard's indebtedness to the Anti-Enlightenment author is explained in this book by Smith G Hamann 1730–1788 A Study In Christian Existence (1960) by Ronald Gregor Smith Qothold Efraim Lessinq,Either/Or Part I Swenson, 1944, 1959 p. 1967ff Concluding Unscientific Postscript, Hong trans., p. 72ff Eduard YunqEither/Or Part I title page, Stages on Life's Way, p. 150, 216, 339 və Platonun əsərlərini oxuyurdu. 1830-cu ildə Kopenhagen Universitetinə daxil oldu və fəlsəfə sahəsində ixtisaslaşdı. Sonrakı illərdə Regina Olsenlə olan uğursuz münasibəti Kyerkeqora təsir etdi. O münasibəti davam etdirə bilməməsinə səbəb kimi öz melanxoliyasını göstərirdi.

Sorn Kyerkeqor "Xristianlığa hücum" başlığı altında bir neçə məqaləsi üstündə işləyərkən onurğa vərəminə tutuldu və 11 noyabr 1855-ci ildə vəfat etdi.

Fəlsəfəsi Kyerkeqor dindar atasının təsiriylə din təhsili almış və qatı bir dini atmosferdə böyümüşdür. Uşaqlığı boyunca yetişdiyi mühitin təsirini görmək mümkündür. Özü də dini düşüncələri olan biri olmaqla birlikdə davamlı din adamlarıyla, təşkilatlarıyla və düşüncələriylə qarşıdurma halında idi. Mövcud xristianlığın korlanmış olduğunu irəli sürdü və xristian inancının tamamilə yenilənməsinə istiqamətli tənqidlər inkişaf etdirdi. Kyerkeqor din və tanrını tamamilə fərdi bir mövzu olaraq qiymətləndirdi.Concluding Unscientific Postscript to Philosophical Fragments, Hong trans., pp. 15–17, 555–610 Either/Or Vol II, pp. 14, 58, 216–217, 250 Hong Bu istiqamətdə gedərək sistematik fəlsəfənin fərdi gözardı edən holizm anlayışını rədd etdi. O, öz fəlsəfəsində fərdi mərkəzə qoymuşdu.

Kyerkeqor ekzistensializmin qabaqcıllarından sayılır. O, müəyyən bir fəlsəfi sistem inkişaf etdirməsə də (Kyerkeqor bu mənada Fridrix Nitsşe kimi müstəqil və sistemsiz filosoflardandır), istifadə etdiyi anlayışlar və fəlsəfə etmə tərzi sonradan ekzistensial fəlsəfələrdə görülən xüsusiyyətləri özündə ehtiva edirdi. Kyerkeqorun etiraz etdiyi və davamlı tənqid etdiyi filosof Hegeldir.,Søren Kierkegaard 1846, Concluding Unscientific Postscript to Philosophical Fragments, Hong p. 310–311 Hegelin rasionalist və sitematli fəlsəfəsi Kyerkeqor üçün qəbul edilməz idi.

Ekzistensial fəlsəfələrdə görülən anlayışların əksəriyyəti ilkin olaraq Kyerkeqorda görülür:axmaqlıq, böhrana düşmə, qorxu və qayğı. Kyerkeqorun fəlsəfi istiqaməti bir baxımdan mövcud xristianlıq içində və hətta qarşısında necə yaxşı bir xristian olunacağı məsələsi ilə də bağlıdır. Kyerkeqor fəlsəfə tarixinin mücərrəd məntiqi fantastikalarla inkişaf etdiyini və bu səbəblə fərdi, fərdin gerçək həyatını gözdən qaçırdığını düşünürdü. Onun üçün varlıq konkret və subyektiv bir insanın həyatıdır. Bu səbəblə fəlsəfə konkret düşünməyə, yəni varlıq məsələsinə yönəlməlidir.

Əsərləri 1841 — "İroniya anlayışı haqqında" (Om Begrebet Ironi med stadigt Hensyn til Socrates) (Kyerkeqorun magistr dissertasiyası) 1843 — "Ya — ya da" (Enten-Eller) 1843 — "İki düzəldici söhbət" 1843 — "Qorxu və Titrəmə" (Frygt og Bæven) 1843 — "Təkrarlama" (Gjentagelsen) 1844 — "Fəlsəfi qırıntılar" (Philosophiske Smuler) 1844 — "Qorxu konsepsiyası" (Begrebet Angest) 1845 — "Həyat yolu mərhələləri" (Stadier paa Livets Vei) 1846 — "Fəlsəfi qırıntılar" üçün son elmi olmayan söz" (Afsluttende uvidenskabelig Efterskrift) 1847 — "Fərqli bir ruhda ibrətamiz çıxışlar" (Opbyggelige Taler i forskjellig Aand) 1847 — "Sahə zanbaqları və göydəki quşlar bizə nə öyrədir" 1847 — "Sevgi məsələsi" (Kjerlighedens Gjerninger) 1847 — "İki kiçik etik və dini traktat" 1848 — "Xristian çıxışları" (Christelige Taler) 1848 — "Baş keşiş" — "Zülmkar" — "Günahkar" 1849 — "Ölümcül xəstəlik" (Sygdommen til Døden) 1849 — "Tarla zanbağı və göy quşu: Üç ilahi söhbət" (Lilien paa Marken og Fuglen under Himlen) 1850 — "Xristianlığa giriş" (Indøvelse i Christendom)

İstinadlar

Mənbə

Kateqoriya:1813-cü ildə doğulanlar Kateqoriya:1855-ci ildə vəfat edənlər Kateqoriya:Danimarka filosofları Kateqoriya:Prostat xərçəngindən ölənlər Kateqoriya:Gündəlik müəllifləri Kateqoriya:Din tarixi Kateqoriya:Xristianlıq Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:XIX əsr filosofları Kateqoriya:Anqlikan müqəddəsləri Kateqoriya:Etika tarixi Kateqoriya:Lüteran liturgiya təqvimində qeyd edilən şəxslər