Ramiz Cəmil oğlu Sadıqov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR tikinti materialları sənayesi naziri (1981–1988).

Həyatı Ramiz Cəmil oğlu Sadıqov 1932-ci ildə sənətkar ailəsində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.

1952-ci ildən tikinti layihələrində iş icraçısı, Ehtiyat Əmək Qüvvələri İdarəsinin istehsalat təlimi ustası, metodisti, böyük müfəttişi, texniki peşə məktəbinin direktoru olmuşdur. 1965-ci ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı, Bakı asbest-şifer və keramika məmulatları kombinatının direktoru, Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin birinci müavini, 1974-cü ildən isə Azərbaycan KP MK tikinti və şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1981-ci ildən Azərbaycan SSR tikinti materialları sənayesi naziri olmuşdur.

Ramiz Sadıqov Azərbaycan KP MK üzvlüyünə namizəd olmuş və Azərbaycan SSR Ali Sovetinin deputatı (9–11-ci çağırış) seçilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər