250px|thumb|right|14 mart 2022 efirindən skrinşot. 250px|thumb|right|Denis Zaxarov əlində gül buketi ilə televiziya mərkəzinin qarşısında Ovsyannikovaya dəstək vermək üçün gözləyir. Marina Vladimirovna OvsyannikovaИнформация по делу № 05-1121/2022 // Официальный портал судов общей юрисдикции г. Москвы (; qız soyadı — TkaçukЗырянов Н. Журналистка и выпускница КубГУ вышла с пацифистским плакатом во время прямого эфира новостей на Первом канале // Юга.ру, 14.03.2022Кто такая Марина Овсянникова? Что известно о выпускнице КубГУ, которая выбежала в эфир Первого канала с плакатом // :ru:93.ru, 15.03.2022 ; ) — Rusiyanın Pervıy kanalında şəhərlərin xidməti bölməsində redaktor işləmiş telejurnalist. Həyatı Marina Ovsyannikova 1978-ci ildə Odessada anadan olub.Женщине, ворвавшейся в студию программы «Время», грозит административное дело // ТАСС, 14.03.2022. Anası rus, atası ukraynalıdır. Ailə əvvəlcə Qroznıda yaşayıb və 1990-cı illərin sonunda Krasnodara köçüb.Анна Минькова: почему Марина Овсянникова не Жанна Д’Арк, а у журналистов короткая память // Кубань 24, 15.03.2022
Kuban Dövlət Universitetinin Jurnalistika fakültəsində, eləcə də Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasında (Prezident Akademiyası) təhsil alıb..
“Kuban” Dövlət Televiziya və Radio Verilişləri Şirkətində xəbər aparıcısı işləyib.
“Kuban” Dövlət Televiziya və Radio Verilişləri Şirkətindən ayrıldıqdan sonra Ovsyannikova 2002-ci ildə Moskvaya köçüb. Pervıy kanalında da İnformasiya Proqramları Direktorluğunda beynəlxalq departamentdə redaktor işləyib,«У нас тут почти все недовольны этой, как ее называют, спецоперацией» — сотрудник ВГТРК о реакции на войну и акцию Овсянниковой // «:ru:Медиазона», 15.03.2022 sonra şəhərlərin xidmətində redaktor olub.
O, müxalifət lideri Aleksey Navalnının Rusiya hökuməti tərəfindən zəhərlənməsi ilə bağlı versiyanın tərəfdarıdır.
İki uşağı var.Марина Овсянникова, сотрудница "Первого канала", в эфире программы "Время" появилась с антивоенным плакатом // :ru:newsru.co.il, 14.03.2022 11 və 17 yaşlı oğlanları ilə Yeni Moskva kottec kəndində yaşayır.Позднева М. СМИ: Марину Овсянникову судят по административному делу // Dailystorm, 15.03.2022 93.ru şəbəkə nəşrinin məlumatına görə, onun keçmiş əri Russia Today telekanalında direktor işləyir.Муж женщины, выбежавшей с плакатом во время эфира на Первом канале, работает на Russia Today // 93.ru, 14.03.2022
Müharibə əleyhinə etiraz 14 mart 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı "Vremya" proqramının axşam canlı yayımı zamanı baş nazir Mixail Mişustin Belarusun baş naziri Roman Qolovçenkonu beynəlxalq sanksiyalara qarşı mübarizədə əməkdaşlığı gücləndirmək barədə süjet efirə gedərkən o, xəbər aparıcısı Yekaterina Andreyevanın arxasında əlyazma anti-müharibə posteri ilə görünüb. Marina müdaxiləyə baxmayaraq, müharibə əleyhinə danışmağa davam edib.Сотрудница Первого канала ворвалась в эфир программы «Время» с антивоенным плакатом // :ru:Международное французское радио, 14.03.2022"Нет войне!" Редактор Первого канала ворвалась в прямой эфир с антивоенным плакатом // :ru:Delfi/:ru:Русская служба Би-би-си, 15.03.2022Новости Первого канала прервала девушка с плакатом // Инфо24, 14.03.2022
Veriliş dərhal xəstəxanadan bir süjetlə əvəz olunub və kanal rəhbərliyi daxili audit aparmağa başlayıb.Первый канал проводит проверку в связи с инцидентом с посторонней в кадре во время эфира // :ru:ТАСС, 14.03.2022Первый канал проводит проверку после инцидента в прямом эфире. Туда ворвалась женщина с пацифистским плакатом // :ru:Фонтанка.ру, 14.03.2022Антивоенный плакат появился в эфире Первого канала // vtomske, 15.03.2022.
Ovsyannikova əvvəlcədən video mesaj yazmışdır. Bu müraciət "OVD-İnfo" və "Stalingulag" teleqram kanalları tərəfindən yayılmışdır. Müraciətdə o, hərəkətinin mənəvi motivini izah edib.. Saxlanılması və məhkəmə Ovsyannikova polis tərəfindən saxlanılmış və Ostankino rayonu üzrə polis şöbəsinə aparılıb. Burada TASS-ın hüquq-mühafizə orqanlarındakı mənbəsi və hüquqşünas Pavel Çikovun sözlərinə görə, ona qarşı inzibati xəta haqqında: 20.3.3. maddəsi ilə İnzibati Xətalar Məcəlləsi "Rusiya Federasiyasının və onun vətəndaşlarının maraqlarını qorumaq, beynəlxalq sülh və təhlükəsizliyi qorumaq üçün Rusiya Federasiyası Silahlı Qüvvələrinin istifadəsini gözdən salmağa yönəlmiş ictimai hərəkətlər" protokol tərtib edilib.На сотрудницу «Первого канала», ворвавшуюся в прямой эфир с антивоенным плакатом, составлен протокол // :ru:Коммерсантъ, 14.03.2022.
Onun vəkilləri Daniil Berman, Dmitri Zaxvatov və Anastasiya Kostova təyin edilib. Vəkillər bildiriblər ki, müvəkkilinin hazırda harada olmasından xəbərləri yoxdur, çünki onu nə polis şöbəsində, nə də televiziya mərkəzinin növbətçi otağında tapmayıblar, telefon zənglərinə isə o, cavab vermir.Адвокаты не могут найти редактора программы «Время», которая ворвалась в эфир в антивоенным плакатом // israelinfo.co.il, 15.03.2022Ревяков Н. Редактор Первого канала Марина Овсянникова пропала из ОВД «Останкино» // Инфо24, 15.03.2022.
15 mart 2022-ci ildə o, İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş (icazəsiz kütləvi tədbirin təşkili) maddəsi ilə Ostankinski Rayon Məhkəməsi qarşısına çıxarılıb.На сотрудницу «Первого канала», ворвавшуюся в прямой эфир с антивоенным плакатом, составлен протокол // Коммерсантъ, 14.03.2022 Onun vəkili Anton Qaşinski bildirib ki, bu maddə 10 sutkaya qədər inzibati həbs nəzərdə tutsa da (30 min rubla qədər cərimə və 50 saata qədər məcburi iş ilə birlikdə), lakin bu növ 14 yaşına çatmamış uşağı olan qadınlara azadlıqdan məhrum etmə cəzası tətbiq edilmir.Редактора Первого канала Марину Овсянникову судят по административному делу // :ru:RTVI, 15.03.2022 Hakim A.İ.Bortnikova öz qərarında Ovsyannikovanı “Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş hüquq pozuntusunu törətməkdə təqsirli bilib, 30 min rubl məbləğində inzibati cərimə cəzasına məhkum edilib.Сотрудница «Первого канала» Овсянникова оштрафована на 30 тыс. рублей // :ru:Интерфакс, 15.03.2022
Həmin gün Rusiya Federasiyasının İstintaq Komitəsi Ovsyannikovanın hərəkətlərində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsi (Silahlı Qüvvələrin silahlı qüvvələrinin istifadəsi haqqında bilərəkdən yalan məlumatın açıq şəkildə yayılması) ilə cinayət tərkibinin olub-olmadığını yoxlamağa başlayıb.СК начал доследственную проверку в отношении женщины, ворвавшейся в эфир программы «Время» // ТАСС, 15.03.2022
Azadlığa çıxandan sonra Marina Ovsyannikova Reuters agentliyinə bildirib ki, Rusiyanı tərk etmək fikri yoxdur və cinayət məsuliyyətinə cəlb edilməyəcəyinə ümid edir. Eyni zamanda, o, “öz təhlükəsizliyi üçün son dərəcə narahatdır” və “özünü heç bir qəhrəman kimi hiss etmir”.
Hərəkətinə qiymət Ovsyannikovanın hərəkətləri Ukrayna prezidenti Vladimir Zelenski və onun müşaviri Mixail Podolyak tərəfindən alqışlanıb.
Böyük Britaniya qəzeti The Guardian 14 mart efirindən manşetinə stop kadr yerləşdirmişdir. Amerikanın The Washington Post qəzeti diqqəti “tezliklə minlərlə adamın Ovsyannikovanın Facebook səhifəsini şərhlərlə doldurduğuna, bir çoxunun təşəkkürünü bildirərək onu cəsarətli adlandırdığına” diqqət çəkib. Bunu Meduza onlayn nəşri də qeyd edib.
Öz növbəsində Rusiyalı Jurnalistlər İttifaqınını sədri Vladimir Solovyov Andreyevanı qəhrəman adlandırıb. Andreyeva özü isə yoqa məşq etdiyi və mantranı "daş kimi dayan" təkrarladığı bir video yayımlayıb. O, bu təcrübənin ona gün ərzində yüksək əhval ruhiyyədə qalmasına kömək etdiyini iddia edib.Чуенков И. Екатерина Андреева «поблагодарила» йогу после инцидента с плакатом в эфире Первого канала // Daily Storm, 15.03.2022
Fransa prezidenti Emmanuel Makron Ovsyannikovaya Fransada diplomatik mühafizə və siyasi sığınacaq verməyə hazır olduğunu açıqlayıb.
İstinadlar
Xarici keçidlər
, 14.03.2022
Kateqoriya:Rusiyanın televiziya aparıcıları Kateqoriya:Rusiyada "Xarici agent" elan edilmiş şəxslər Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda)