Orta Dünya (; Éndor (kv. Endor); Ennorat (sind. Ennorath)) — Con Tolkinin legendariumunda, icad etdiyi kainatda bir qitə, hadisələrin baş verdiyi əsas məkan. "Hobbit" və "Üzüklərin hökmdarında" hadisələr tam olaraq, "Silmarillion" və "Bitməmiş əfsanələr" əsərlərində isə qismən Orta Dünyada baş verir.

Tolkin, Orta Dünyanın və onun ayrı-ayrı ərazilərində baş verən hadisələrin bir neçə xəritəsini hazırlamışdı. O, sağ olanda, onların heç də hamısı dərc olunmamışdır. Əsas xəritələr “Hobbit”, “Üzüklərin hökmdarı”, “Silmarillion” və “Bitməmiş əfsanələrdə” nəşr olunan xəritələr idi. Birinci Dövrün hadisələrinin əksəriyyəti həmin dövrün sonunda Orta Dünyanın batmış Beleriand adlı hissəsində baş verirdi. Beleriand xəritəsinin sağ kənarındakı Göy dağlar Orta Dünyanın İkinci və Üçüncü Dövrlərə aid xəritəsində yuxarı solundakı dağ silsiləsi həmin Göy dağlardı. Tolkinin Orta Dünya xəritələri dünyanın yalnız kiçik bir hissəsini əhatə edir, Run və Harad torpaqlarının geniş hissələri, eləcə də digər qitələr göstərilmir.

Tolkin dəfələrlə qeyd edib ki, Orta Dünya bizim Yer planetimizdə yerləşirInterview with J.R.R. Tolkien . (daha doğrusu, uzaq keçmişdə «yerləşirdi»). O, bu barədə həm “Üzüklərin hökmdarı” əsərindəFellowship of the Ring, «Prologue» and Appendix D. həm də məktublarında qeyd etmişdiTolkien, Letters, ed. Humphrey Carpenter, nos. 151, 165, 183, 210, 211, 212, 294, 325.. Onun sözlərinə görə, Üçüncü Dövr təxminən altı min il əvvəl başa çatmışdırLetters, no. 211.. Şırın ətrafı indiki Şimal-Qərbi Avropadır (məsələn, Hobbiton Oksford kimi eyni çografi enlikdə yerləşir)Letters, no. 294.. Lakin o, bəzi məktublarda cavab olaraq öz hekayələrini «ikinci dərəcəli reallıqa» aid edib ()Letters, nos. 180, 200, 328.. 1971-ci ilin yanvarında verdiyi müsahibəsində təsvir etdiyi hadisələr başqa bir dövrdə baş verdiyini hesab etmək olarmı sualına o, belə cavab vermişdi: «Xeyr.... amma digər bir təsəvvür səviyyəsində - bəli, olar»Rico Abrahamsen. Webwork by Varda. «Stages of Imagination» .. Buna baxmayaraq, o, hadisələrin Yer planetində baş verdiyini təsdiqləmişdir; Midqard və Orta Dünyanı müqayisə edərək demişdi: «Bəli, bunlar eyni sözdür. İnsanların əksəriyyəti Orta Dünyanın elmi fantastikadakı kimi başqa bir aləm və ya başqa bir planet olduğunu düşünməklə yanılırlar, bu sadəcə dəbdən çıxmış köhnə bir sözdür ki yaşadığımız dünyanı ifadə edirdi, hansı ki Okeanla əhatə olunmuş kimi təsəvvür edilirdi». 1971-ci ilin sonunda o, təsvir etdiyi hadisələri «Yer planetinin tarixində qısa bir epizod» olduğunu bir daha təsdiqləmişdir.

Adlanması

Middle-earth sözü - qədim ingiliscə middangeard sözündən orta ingiliscəyə keçən middel-erde sözünün müasir dildə tam tərcüməsidi, hansı ki, cənnətlə cəhənnəm arasında yerləşən real, insanların yaşadığı dünyanın adı idi Letters, #165 to the Houghton Mifflin Co., 30 June 1955. Tolkin bu termini Ⅷ əsrdə yaşamış ingilis rahibi Kinevulfun "Məsih" və "Helen" şeirlərindən götürmüşdü Letters, #297 draft for a letter to a 'Mr Rang', August 1967.

Orta Dünya kvenya dilində Endor və ya Endore (kv. Endor, Endórë), «orta torpaq» adlanırdı, sindarin dilində eyni ad Ennorat (Sind. Ennorath) kimi səslənirdi. Orta Dünya vaxtilə Tərk edilmiş Torpaqlar, Xarici Torpaqlar, Böyük Torpaqlar kimi də adlandırılırdı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Uydurma kainatlar Kateqoriya:Fentezi dünyaları Kateqoriya:Uydurma qitələr Kateqoriya:Uydurma kainatlar Kateqoriya:Orta Dünya Kateqoriya:Xristianlıq Kateqoriya:Üzüklərin hökmdarı