Uludüz — Azərbaycan Respublikasının Laçın rayonunun Hoçaz kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Uludüz kəndi dağətəyi ərazidədir. Keçmiş adı Yuxarı Mollalar olmuşdur. Yaşayış məntəqəsi Mollalar kəndindən köçüb gəlmiş ailələrin Uludüz adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "böyük düz, böyük ərazi" mənasındadır.
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.
İstinadlar
Kateqoriya:Laçın rayonunun kəndləri