Mətnşünaslıq — mətnlərin tədqiqi ilə məşğul olan elm sahəsidir․ Bu sahədə yazılı mətnlər, əlyazmalar, müəllifli və müəllifsiz yazılı abidələr müxtəlif istiqamətlərdə araşdırılır və öyrənilir․ Yazılı abidələrin yazılma və köçürülmə tarixini; müəllif əlyazmalarının, köçürülmüş nüsxələrin, o cümlədən mətnin əvvəldən sona qədər dəyişmiş variantlarına qədər bütün məsələləri tarixi şəkildə öyrənən mətnşünaslıq elm sahəsi kimi mürəkkəb bir sistem təşkil edir.
Haqqında Mətnşünaslığın bir elm sahəsi kimi tarixi qədim olmasa da, onun yaranması tarixi çox qədimlərə gedib çıxır. Mətnşünaslıq XX əsrin ikinci yarısından etibarən elmi sahə kimi inkişaf etməyə başlamışdır. Lixaçov qeyd edir ki, "mətnşünaslıq ədəbiyyat tarixinin əsasını təşkil edir. Hər hansı bir abidənin mətninin tarixi bütöv ədəbiyyatın tarixi üçün ilkin mənbədir... Beləliklə, mətnşünaslıq mətnlərin yaranma tarixini öyrənir. Mətnin tarixi bu mənada müxtəlif insanların – müəlliflərin, redaktorların, katiblərin, oxucuların, sifarişçilərin yaradıcılığı kimi başa düşülür. Bu mənada mətnin tarixi birbaşa cəmiyyətin tarixi ilə bağlı olur". Yazılı mətnlər dedikdə yalnız bədii mətnlər başa düşülməməlidir. Bir halda ki, mətn cəmiyyətin tarixini əks etdirir, bu tarixi daha mükəmməl öyrənmək üçün məzmunundan asılı olmayaraq bütün mətnlər tədqiq olunmalıdır. "Mətnşünaslıq yalnız ədəbiyyat tarixi üçün deyil, eyni zamanda mədəniyyət tarixi üçün əhəmiyyət kəsb edən bir elmi sahədir". Aspektləri Mətnşünaslıqda mətnlər iki aspektdən öyrənilir: filoloji (ədəbiyyatşünaslıq) və dilçilik (linqivistik). Filoloji mətnşünaslıq dedikdə əsasən ədəbi-bədii mətnlərin tədqiqi nəzərdə tutulur. Linqvistik mətnşünaslığın tədqiqat obyekti isə dilin müxtəlif inkişaf mərhələlərində yaranmış əlyazmalar, yazılı abidələr və digər mətnlərdir. Bu yazılara ədəbi-bədii abidələr, dini kitablar, təbiətə və təbabətə aid əsərlər, tarixi mahiyyət daşıyan rəsmi sənədlər, məktublar, qeydlər və s. daxildir. Həmçinin bax Linqvistika
İstinadlar
Kateqoriya:Dilçilik Kateqoriya:Tarixşünaslıq