İmanlar — Azərbaycan Respublikasının Laçın rayonunun Şəlvə kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Yaşayış məntəqəsi XIX əsrdə bir qrup ailənin Xaçınyalı adlı yüksəklikdə məskunlaşması nəticəsində yaranmışdır.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. İmanlar kəndi mahalın bir hissəsi olmuşdur.Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об. Kürdüstan qəzası ləğv edildikdən sonra İmanlar Laçın rayonunun tərkibinə daxil edilmişdir.
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
Əhalisi Kəndin əhalisi kürd mənşəli hacısamlı camaatındandır.Ənvər Çingizoğlu, Hacısamlı camaatı, "Soy" dərgisi, Bakı, 2009.
Tanınmışları Arif Məmmədli (1959–) — Jurnalist, şair. Elman Mustafazadə.
İstinadlar
Mənbə Əliağa Mustafayev. İmanlar iman yeridi. "Laçın yurdu" jurnalı, №2 (2), 2011, Bakı, "Nurlar", 2011, səh.29. Ənvər Çingizoğlu. İmanlar kəndinin tarixi haqqında
Kateqoriya:Laçın rayonunun kəndləri