Georgi Vasilyeviç Şeqlov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1970–1987), Azərbaycan SSR meşə və ağac emalı sənayesi (1968–1970) və meşə, sellüloz-kağız və ağac emalı sənayesi (1965–1968) naziri.
Həyatı Georgi Vasilyeviç Şeqlov 1918-ci ildə qulluqçu anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.
Georgi Şeqlov əmək fəaliyyətinə 1936-cı ildə hesabdar kimi başlamış, 1942-ci ildən 1950-ci ilədək Azərbaycan SSR Yerli Sənaye Nazirliyi 2 nömrəli zavodunun sex rəisi, baş mühəndisi, nazirlik şöbəsi rəisinin müavini, rəisi vəzifələrində işləmişdir. 1951–1956-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti aparatında qrup rəisi, 1956-cı ildən Azərbaycan Sənət Kooperasiyası Şurası sədrinin müavini, Azərbaycan SSR Nazirlər Soveti sədri katibliyinin müdiri olmuşdur.
1963–1965-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası sədrinin müavini işləyən Georgi Şeqlov 1965–1970-ci illərdə Azərbaycan SSR meşə və ağac emalı sənayesi, 1970-ci ildən isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur.
Georgi Şeqlov 1966–1971-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təftif Komissiyasının üzvü, 1971-ci ildən isə Mərkəzi Komitənin üzvü olmuşdur. O, Azərbaycan SSR Ali Sovetinin beş çağırış (7–11) deputatı seçilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları