Maykl Arnold Keymen (; , ) — amerikalı bəstəkar (əsasən bəstəkarı), orkestr aranjimançısı, dirijor və mahnı müəllifi.
70-dən çox filmin yaradılmasında iştirak edib, bunların arasında , “Cənab Hollandın Opusu” (Ən yaxşı alətli kompozisiya üzrə «Qremmi»), , , “İks-adamlar”, bütün 4 hissəsi və filmləridir.
Həyatı Maykl Arnold Keymen Nyu-Yorkda anadan olub, dörd qardaşın ikincisidir. Atası Sol Keymen diş həkimi, anası Helen isə müəllim idi. Yəhudi əsilli idi.
Nyu-York şəhərindəki Musiqi və İncəsənət Ali Məktəbində oxuyarkən Keymen “Məxfi materiallar” və digər layihələr üçün mövzu musiqisini bəstələyən Martin Fulterman (sonralar Mark Snou kimi tanınıb) ilə dost oldu. Keymen qoboy üzrə təhsil alarkən sinif yoldaşları Fulterman, Dorian Rudnitski və Toms Riverdan olan Klifton Nivison və Brayan Korriqan ilə birlikdə New York Rock & Roll Ensemble adlı rok-klassik fyujn-qrupu yaratmışdı. Bu qrup 1968-1972-ci illərdə beş albom buraxmışdı (Self-Titled, Reflections, Faithful Friends, Roll Over və Freedomburger). Qrup, adətən klassik musiqiçilər kimi ağ frakla (smokinq yox) çıxış edirdi. Konsertin ortasında Fulterman və Keymen qoboy dueti ifa edirdilər. 1967 ildə Alice Tully Hall'da qrup, rəfiqələri və sinif yoldaşı konsertində müşayiət etmişdilər.
Ali məktəbi bitirdikdən sonra Keymen Manhettenda yerləşən Culyard musiqi məktəbində təhsil almışdır.
Keymenin bəstələri Hollivuda qədər ilk dəfə 1976-cı ildə "Növbəti adam" filmi ilə yayılır, həmçinin sonra The Wall albomu üçün pop və rok aranjimanları üzrə Pink Floyd qrupu ilə əməkdaşlıq edib. O, bu vaxta qədər əsasən balet musiqisi bəstələyib.
Keymena 1997-ci ildə dağınıq skleroz diaqnozu qoyulmuşdu. O, İngiltərənin paytaxtı Londonda 18 noyabr 2003-cü il tarixində 55 yaşında infarktdan vəfat edib.
Filmoqrafiya Filmin ili Filmin azərbaycanca adı Filmin orijinal adı 1976q.fRodin mis en vie1976fNövbəti adam The Next Man1977fKaskadyorlarStunts1977fİki xətt arasındaBetween the Lines1979fTaxta səkiBoardwalk1980fS*H*E1981fPoliesterPolyester1981fİlan zəhəriVenom1983fÖlü zonaThe Dead Zone1983fAncelo, mənin sevgimAngelo My Love1985fBraziliyaBrazil1985fHəyat qüvvəsiLifeforce1985t.sQaranlığın kənarıEdge of Darkness1986fDağlı Highlander1986fMona LizaMona Lisa1986t.sHeyrətamiz hekayələrAmazing Stories1986fŞanxay sürprizi Shanghai Surprise1987fÖlümcül silahLethal Weapon1987fRita, Syu və Bob Rita, Sue and Bob Too1987fDayəliyin macəralarıAdventures in Babysitting1987fŞübhəliSuspect1987fGüvənc yerimSomeone to Watch Over Me1988fMotor ləqəbli CeksonAction Jackson1988fMəğlubedilməzDie Hard1988fSəfil RouniThe Raggedy Rawney1988fKraliça və ölkə uğrundaFor Queen And Country1988fSadə oğlanHomeboy1988fBaron Münxhauzenın macəralarıThe Adventures of Baron Munchausen1988fKruzoCrusoe1989 fRooftops1989 fYol kənarı eviRoad House1989 fMürtədlərRenegades1989 fQətl üçün lisenziyaLicence to Kill1989fÖlümcül silah 2Lethal Weapon 21990 fThe Krays1990 fMəğlubedilməz 2Die Hard 21990 fSoyuq it supuCold Dog Soup1991 fAncaq problemlərNothing but Trouble1991 fHudzon qırğısı Hudson Hawk1991 fRobin Hud: Oğrular şahzadəsiRobin Hood: Prince of Thieves1991 fŞirkətin işiCompany Business 1991 fQoy payını alsın Let Him Have İt1991 fAxırıncı boyskautThe Last Boy Scout1992t.fİki yumruqlu hekayələrTwo-Fisted Tales1992t.sSərdabədən hekayələr Tales from the Crypt 1992 fQaranlıqda işıqShining Through1992 fÖlümcül silah 3Lethal Weapon 31992 fGöy buzBlue Ice1993 fVarislərin bölünməsiSplitting Heirs1993 fAxırıncı film qəhrəmanıLast Action Hero1993 fUaylderlər napalmıWilder Napalm1993 fÜç muşketyorThe Three Musketeers1994fDon Juan DeMarkoDon Juan DeMarco1995 fDostlar dairəsiCircle of Friends 1995fMəğlubedilməz 3: İntiqam Die Hard with a Vengeance1995s.fThe First 100 Years: A Celebration of American Movies1995 fStounvoll Stonewall1995fCənab Hollandın opusuMr. Holland's Opus1996 fCekJack1996f101 dalmatin101 Dalmatians1997 fAbbotları icad edərəkInventing the Abbotts1997t.fKardiocərrah The Heart Surgeon1997 fYadındayam? Remember Me? 1997fHadisə üfüqü (film)Event Horizon1997fQış qonağıThe Winter Guest1998 t.sYerdən Aya From the Earth to the Moon 1998 fÖlümcül silah 4Lethal Weapon 41998 fQisasçılarThe Avengers1998 fXəyallar hara gətirə bilərWhat Dreams May Come1999c.fDəmir nəhəngThe Iron Giant2000 fRadiodalğaFrequency2000fİks-adamlarX-Men2001t.sSilah qardaşlarıBand of Brothers2003fAçıq vüsətOpen Range2004fTale əleyhinəAgainst the Ropes2004c.fQáyaya qayıdışBoo, Zino & the Snurks / Back to Gaya2004fBirinci qız First Daughter
İstinadlar
Xarici keçidlər
Film Composer Tributes – Michael Kamen Michael Kamen at Soundtrackguide.net Michael Kamen interview (in french) at UnderScores : Musique & Cinéma
Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:ABŞ bəstəkarları Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Ayvor Novello mükafatı laureatları Kateqoriya:ABŞ film bəstəkarları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XX əsr ABŞ bəstəkarları