İohan Friedrix Şöneman ((;) — alman dram aktyoru, teatr rejissoru və teatr xadimi.

Həyatı İohan Friedrix uşaq ikən valideynlərini itirib və Berlində qohumlarının himayəsində böyüyüb. Uğurlu olan səhnə debütü 1724-cü ildə Hannoverdə baş tutdu. 1730-cu ildə Karolin Noyberin truppasına qoşulub. 1739-1750-ci illərdə Almaniyanın bir çox şəhərlərində (Lüneburq, Leypsiq, Hamburq, Breslau, Berlin, Braunşveyq) çıxış edən öz dram truppasının direktoru, 1750-1756-cı ilə qədər o, Kristian Lüdviqin rəhbərliyi altında Şverində saray teatrının direktoru olmuş və 1753-cü ildə həmin şəhərdə teatr akademiyası qurmuşdur.

1756-cı ildə Meklenburqlu Friedrix hakimiyyətə gəldikdən sonra Şverindən ayrılaraq yenidən aktyor oldu və əsasən Hamburqda çıxış etməyə başladı. Artıq 1757-ci ildə o, səhnəni tərk etmək qərarına gəldi və ömrünün son illərini Şverində keçirtdi. O, komik rolların məşhur ifaçısı idi, ancaq teatr üçün çox işlər görmüşdür, komik opera və musiqili komediyanın inkişafına töhfə verən teatr direktoru kimi şöhrət qazanmışdır.

İstinadlar

Ədəbiyyat