K-12 — amerikalı müğənni Melani Martinesin ikinci studiya albomu. 6 sentyabr 2019-cu ildə Atlantic Records vasitəsilə eyniadlı filmlə birlikdə buraxılıb. Martines özünün yazıb rejissorluq etdiyi bu filmdə baş qəhrəman "Cry Baby" personajını canlandırmışdır.

Fon Martines albomu 2015-ci ildə yazmağa başlayıb. O, 2017-ci ildə Billboard-a verdiyi müsahibədə dedi ki, onun o zaman adı açıqlanmayan ikinci albomu tamamlandı və onu yazıb rejissorluq etdiyi bir film müşayiət edəcək. 2019-cu ilin fevralında Instagram postunda o, albomun "artıq iki il yarımdır ki, hazır olduğunu", çox güman ki, yayın sonunda çıxacağını və ondan əvvəl heç bir sinqlin kommersiya olaraq buraxılmayacağını yazdı.

Martines 7 yanvar 2020-ci ildə Instagram hekayələri vasitəsilə "After School" adlı minialbom buraxacağını elan etdi. Əvvəlcə layihəni 2020-ci ilin yazında yayımlamağı planlaşdırırdı, lakin layihə 25 sentyabr 2020-ci ildə təqdim olundu.

Promosiya Martinesin pastel sinif otağında yer aldığı tizer videosu 15 may 2019-cu ildə dərc olundu. Mayın 16-da o, sosial media hesabları vasitəsilə albomun üz qabığını təqdim etdi. Martines buraxılış tarixini mayın 29-da Instagram vasitəsilə açıqladı.

İyunun 18-də "Nurse's Office" snippetlərini özündə əks etdirən televiziya reklamı yayımlandı. Albomdan heç bir sinqlin buraxılmamasına baxmayaraq, Martines albomdakı hər mahnı üçün animasiya videoları ilə birlikdə snippetlər yayımladı, sonra onları sosial media və YouTube hesablarına yüklədi.

İyulun 23-də K-12 filminin rəsmi treyleri albom trek siyahısı və ön sifarişlə birlikdə yayımlandı. Treylerdə süjetin bir hissəsi göstərilir, sonunda isə "Show & Tell" klipindəm bir parça oynadılır. Orada həmçinin filmin yalnız 5 sentyabr 2019-cu ildə seçilmiş kinoteatrlarda bir gün müddətinə nümayiş olunacağı qeyd olunur. Martines Vaşinqtondan başlayaraq 2019-cu ilin oktyabrından dekabrınadək alboma dəstək olaraq K-12 konsert turuna çıxacağını bildirdi.

Melani 25 sentyabr 2020-ci ildə K-12-ni delüks versiyasına daxil edilmiş After School minialbomunu buraxdı. "The Bakery" minialbomun ilk sinqlı olaraq yayımlandı. Bunun ardınca Copy Cat və Fire Drill sinqlları buraxılsa da bunlar minialboma daxil edilmədi.

Tanıtım sinqlları "Lunchbox Friends"in albomdakı ilk rəsmi sinql olacağını elan etməzdən əvvəl Martines 2019-cu ilin iyul ayında həm "High School Sweethearts" həm də "Strawberry Shortcake" mahnılarını tanıtım sinqlı kimi təqdim etdi. O, Jimmy Kimmel Live-da hər iki mahnını ifa etdi, albom treki "Recess"-i isə, 16 sentyabr 2019-cu ildə, albomun buraxılışından 10 gün sonra ifa etdi.

Musiqi K-12-nin prodüseri olan Maykl Kinan, daha əvvəl Martinesin əvvəlki albomu "Cry Baby" üçün bir neçə trekdə əməkdaşlıq etmişdi. Yeganə trek, "Drama Club", Martinesin tez-tez əməkdaşlıq etdiyi Kinetics & One Love tərəfindən birgə yazılmış və prodüserlik edilmişdir. Albom konsept albom, alternativ pop, dark pop, və art pop rekordu kimi təsvir edilmişdir. AllMusic həmçinin hip hop və R&B -nin təsirlərini qeyd edir.

Tənqidçilərin rəyi

K-12 buraxıldıqdan sonra tənqidçilər tərəfindən bəyənildi. Mayk Uass müsbət rəydə filmi "Tim Burton və Ves Andersonun üslubuna bənzətdi.

Kommersiya performansı Albomdan əvvəl heç bir sinql buraxılmamasına baxmayaraq, K-12 ABŞ Billboard 200-də 57.000 albom ekvivalenti ilə üçüncü yerdə debüt etdi, bunun 30.000-i albom satışı idi. Albom alternativ albomlar hit-paradında yuxarı pillədə qərarlaşdı. Albom digər ölklərdə Birləşmiş Krallıq, Avstraliya və Kanada da daxil olmaqla səkkiz fərqli ölkə arasında ilk 10-a çıxdı.

Trek siyahısı

Sertifikatlar

Buraxılış tarixi Region Date Version Format(s) Label Various September 6, 2019 Standard September 25, 2020 After School – Deluxe Edition

İstinadlar

Kateqoriya:Musiqi albomları Kateqoriya:2019-cu ilin musiqi albomları