Mixail Salman () — Azərbaycanda doğulmuş yəhudi əsilli şair. Azərbaycan Yazıçılar İttifaqının və İsrail Yazıçılar Birliyinin üzvüdür. Şair 1990-cı ildən İsraildə yaşayır.Сальман Həyatı Mixail Salman 1950-ci ildə Bakı şəhərində anadan olub. Milliyyətcə yəhudidir.Сальман: «За 30 лет жизни в Израиле я не оторвал от себя Азербайджан»
O yaradıcılığa erkən yaşlarından başlayıb. Müxtəlif qəzet və jurnallarda, o cümlədən “Ədəbi Azərbaycan”da çap olunub. Öz təbirincə desək, “həyatımın çox hissəsi, ən gözəl xatirələrim, ümidlərim Bakı ilə bağlıdır – uşaqlıq, gənclik, yetkinlik, ilk məhəbbət şəhəri... Bəlkə də poeziyam böyük ölçüdə vətənə daha yaxın olmaq istəyi ilə bağlıdır".Азербайджан» — Михаил Сальман представил бакинцам новую книгу
Salman 1984-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib.
1990-cı ildə İsrailə köç edib.
İsrail Yazıçılar Birliyinin üzvüdür.
M.Salmanın şeirləri İsrail, Azərbaycan, Ukrayna, Rusiya, ABŞ və Almaniyanın dövri mətbuatında dərc olunur.
Şairin Azərbaycana həsr edilmiş "Azərbaycan eşqi ilə" və “Müzəffər Azərbaycan” şeir kitabları dərc olunub.
Mixail Salman İsrail-Azərbaycan “Azİz” Beynəlxalq Assosiasiyasının aktiv üzvlərindəndir.
İstinadlar
Xarici keçidlər
Михаил Сальман Литературный Азербайджан № 2 2018 Muzeyində “Müzəffər Azərbaycan” kitabının təqdimatı olub İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə rəsmi səfərdə M.Salmanla görüşüb. Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycan yəhudiləri