thumb|272x272px|Begemot

Adi begemot, yaxud hippopotam (), həmçinin su atı — iri, otyeyən məməli heyvandır, bədəninin uzunluğu 4–5 metrədək, çiyninin hündürlüyü 1,5 metrə yaxın, çəkisi 3–4,5 ton olur. Dərisi qalın və tüksüz, başı iri, burnu enli, gözləri və qulaqları xırda, ayaqları yoğun və qısadır. Barmaqlarının arasında üzmə pərdəsi var. Çay və göllərdə yaşayır, sahilə az çıxır. Ot ilə qidalanır. Boğazlıq müddəti 240 gündür. 1 bala doğur.

Etimologiya "Begemot" sözü Qərbi Avropa dillərindən (fransız və ya alman) rus dilinə "Əyyub Peyğəmbərin Kitabı"ndan nəhəng və güclü heyvan (ivrit dilində behemot) mənasını verən söz kimi daxil olmuşdur. "Behemot" sözünə qarşılıq olaraq dilimizdə rus dilindəki versiya (бегемот [beqemot]) əsas götürüldüyü üçün hal-hazırda bu söz Azərbaycan dilində "begemot" kimi işlənir. Latın sözü olan hippopotam isə qədim yunanca ἱπποπόταμος (hippopotamos) , ἵππος (híppos) "at" və ποταμός (potamós) "çay" mənasını verir.ἱπποπόταμος , ἵππος , ποταμός . Liddell, Henry George; Scott, Robert; A Greek–English Lexicon at the Perseus Project."Hippopotamus" . Merriam-Webster's Online Dictionary.Harper, Douglas. "hippopotamus" . Online Etymology Dictionary. Yəni hippopotam sözü hərfi tərcümədə "çay atı" deməkdir.

XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə su atı (سو آتی) adlandırılmışdır.Султан-Меджид Ганиев, Русско-татарский словарь, Баку, 1909

İstinadlar

Kateqoriya:Məməlilər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar Kateqoriya:1758-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Afrika məməliləri Kateqoriya:Həssas növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları