Səmin Bağçaban (), () İran azərbaycanlısı olan musiqiçi, bəstəkar, yazıçı və tərcüməçi.
Həyatı 1925-ci ildə Təbriz şəhərində anadan olmuşdur. Səmin Bağçaban, İranda ilk dəfə olaraq uşaq bağçası və karlar üçün məktəb təsis edən Cabbar Bağçabanın oğludur. Atasının işlərinə görə Şiraz və Tehran şəhərlərində böyümüşdür.
Yazıçı, bəstəkar, tərcüməçi və musiqiçi olmuşdur. 1984-cü ildə Türkiyəyə köçmüş və burada yaşamağa başlamışdır. Türkiyəyə gəldikdən sonra Ankaradakı təhsil illərindən tanıdığı türk opera müğənnisi və musiqiçisi Evelin Bağçaban ilə ailə həyatı qurmuşdur.Türkiyə dövründə bir çox əsərlər yazmış və tərcümələr etmişdir. Bəstələdiyi musiqilərdən bir qismi İsveçrədə Mənuçöhr Şahbay tərəfindən ifa edilmişdir.
2008-ci ilin 19 martında İstanbulda vəfat etmişdir.
Təhsili Atasının işlərinə görə müxtəlif şəhərlərdə yaşamış Səmin Bağçaban ilk və orta təhsilini də müxtəlif şəhərlərdə almışdır. İlk musiqi təhsilinə Tehran Musiqi Konservatoriyasında almışdır. 1944-cü ildə Ankara Dövlət Konservatoriyasında təqaüdlə təhsil alma şansı qazanmışdır. Buradakı təhsilini bitirdikdən sonra 1949-cu ildə İrana geri dönmüş və Konservatoriyada dərs deməyə başlamışdır. Gələcək həyat yoldaşı və opera müğənnisi Evelin Bağçabanla da burada təhsil alarkən tanış olmuşdur.
Bəstələri Karyerası ərzində İran xalq musiqisi və mifologiyası ilə bağlı bir çox bəstələri olmuşdur. Ən məşhur əsəri Rangin Kamoon (Göyqurşağı) adlanır. Bu əsər uşaqlar üçün kompozisiyaların kolleksiyalarından (xor və orkestr şəklində) ibarətdir. Səmin Bağçaban bu əsəri 1978-ci ildə Vyanada bəstələmişdir. Digər bəstələri: Səs və piano üçün İran bəstələri 4 hissədən ibarətdir: Rübai No. 1: Do Zolfoonet (Sənin iki hörüyün) (1950), mətin: Baba Tahir (XI əsr fars şairi), To Ra Mikham (Mən səni istəyirəm), mətin: folklor, Sorood-e Saba (Səbanın nəğməsi) (1956), mətin Sədi (XIII əsr fars şairi), Gahvareh-ye Khali (Boş beşik) (1957), mətn: bəstəkarın özü. Bu əsər 2018-ci ildə, bəstəkarın 10-cu ildönümü münasibətilə nəşr edilmişdir. Sholeyl (orkestr üçün) Boumivar (orkestr üçün) Chaharshanbeh-Souri
Bağçaban müxtəlif İran folk musiqisini xor oxumaq üçün bəstələmişdir. Onun bu bəstələrinin bəziləri Tehran Xoral qrupu və Fərah Xor qrupu tərəfindən 1960–1970-ci illərdə oxunmuşdur.
Ədəbi yaradıcılığı 1948–1979-cu illər ərzində Bağçaban bəstəkar fəaliyyəti ilə yanaşı, həmçinin xüsusi kitabların tərcüməsi ilə məşğul olmuş və özü də əsərlər yazmışdır. Türk müəlliflərdən Nazim Hikmət, Yaşar Kamal və Aziz Nesindən tərcümələr etmiş və İran cəmiyyətini onlarla tanış etmişdir.
1963-cü ildə Lili Ahi, Turan Mirhadi, Abbas Yamini Şərifi kimi təhsil metodistləri və müəllimləri ilə birlikdə İran Uşaq Ədəbiyyatı Şurasını yaratmışdır. Bu şuranı yaratmaqda məqsəd isə İranda uşaq ədəbiyyatını təkmilləşdirmək olmuşdur.
Xarici keçidlər My brother Samin (برادرم ثمین), Bağçabanın həyatının təqdimatı, Jadid online Samin Baghtcheban dead ثمین باغچه بان درگذشت, BBC farsca Rangin Kamoon was our childhood…In memory of Samin Baghtcheban رنگین کمان کودکی ما بود…؛ به یاد ثمین باغچه بان, BBC fasrcada nekroloq Book review of Baghtcheban's Snapshots from My Father نقدي بر کتاب چهره هايي از پدرم Norouz is coming… نوروز تو راهه…, Rangin Kamoon albomu haqqında məqalə Rangin Kamoon (رنگین کمان) , Rangin Kamoon haqqında
İstinadlar
Xarici keçidlər Səmin Bağçaban mahnılarının bir hissəsi
Kateqoriya:İran azərbaycanlısı musiqiçilər Kateqoriya:İran bəstəkarları