Şıxməzid xanəgahı– Ağsu rayonunun Şıxməzid kəndi ərazisində yerləşən XIV-XVII əsrlərə aid sufi xanəgahı.

Tarixi Ehtimal edilir ki, Şıxməzid xanəgahı xəlvəti şeyxlərindən Şeyx İzzəddin Türkmaniyə aiddir. Şıxməzid türbəsi yerli sakinlər tərəfindən “Narlı pir” adlandırılır. Şirvan xanlarının şəcərəsində ailənin bəzi üzvlərinin məhz Şıxməzid kəndində “Narlı pir” qəbiristanlığında dəfn edildiyi yazılır. Mənbələrdə Şeyx İzzəddinin qəbrinin üzərində narın bitdiyi və onun meyvələrindən, tikanlarından xəstəliklərin müalicəsində istifadə edildiyi qeyd olunur. Tarixi mənbələrdən Şeyx İzzəddinin Əmir Teymurla görüşdüyü də bəllidir. Şıxməzid xanəgahının qalıqları 2012-ci ildə Ağsu ekspedisiyası tərəfindən üzə çıxarılıb. Buradakı səhəng örtüklü müsəlman qəbirləri nadir rast gəlinən qəbir tiplərindəndir.

İstinadlar

Ədəbiyyat

Həmçinin bax Şıxməzid məscidi Şıxməzid türbəsi

Xarici keçidlər

Kateqoriya:Xanəgahlar Kateqoriya:Ağsu rayonunun abidələri