thumb|Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) bayrağı. Altı ox () — Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) simvolu və bayrağı. Oxlar Türkiyənin qurucu ideologiyası olan kamalizmin təməl sütunlarını təmsil edir.Vahram Ter-Matevosyan. "Turkey, Kemalism and the Soviet Union: Problems of Modernization, Ideology and Interpretation." 2019. London & New York: Palgrave Macmillan Bunlar respublikaçılıq, populizm, milliyyətçilik, laisizm, etatizm və reformizmdir. Oxların Türkiyə təhsil sisteminə mühüm töhfələr vermiş türk alimi İsmayıl Haqqı Tonquç tərəfindən hazırlandığı güman edilir.1930’lar Türkiye’sinde Kemalizm Algılamaları , Hakkı Uyar Altı ox prinsipləri 5 fevral 1937-ci ildə Türkiyə Konstitusiyasına əlavə edilmişdir. 1938-ci ilin avqust ayından etibarən bayraq bütün rəsmi binalarda qaldırılmışdır.

İstinadlar

Kateqoriya:Siyasi simvollar Kateqoriya:Cümhuriyyət Xalq Partiyası Kateqoriya:Dövlət ideologiyaları Kateqoriya:Atatürkçülük