Orxan Məmmədov () — Azərbaycan iqtisadçısı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri, "Zirə FK" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri və Azərbaycan Minifutbol Federasiyasının prezidenti.
Həyatı Orxan Vidadi oğlu Məmmədov 1 iyul 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Bakı şəhərində Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə almış, 2001-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə daxil olmuşdur. 2005-ci ildə həmin universiteti bitirdikdən sonra təhsilinə beynəlxalq biznes və maliyyə proqramı üzrə Böyük Britaniyanın Regent Universitetində davam etmişdir. 2007-ci ildə məzun olduqdan sonra Odlar Yurdu Universitetində biznes administrasiyası üzrə magistr təhsilinə başlamışdır. Daha sonra 2010–2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə təhsil almışdır.
2005–2006-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.
İngilis, rus və türk dillərini bilir.
Ailəlidir, 3 övladı var.
Fəaliyyəti
Əmək fəaliyyəti Orxan Məmmədov əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Respublikası Energetika Nazirliyində Beynəlxalq təşkilatlar şöbəsinin Beynəlxalq təşkilatlarla iş sektorunun aparıcı məsləhətçisi kimi başlayıb. O, 2007-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub və 2009-cu ilə kimi həmin vəzifəni icra edib, daha sonra həmin ildə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Xarici iqtisadi əlaqələr şöbəsinin müdir müavini vəzifəsində təyinat alıb. 2011-ci ilin aprel-dekabr aylarında əmək fəaliyyətinə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdir müavini, 2011–2014-cü illərdə isə həmin şöbənin müdiri kimi davam edib. 2014–2016-cı illərdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin, 2016–2018-ci illərdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışıb. thumb|266x266px|Prezident İlham Əliyevin minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandanın üzvləri ilə görüşündən. O, İqtisadiyyat Nazirliyində işlədiyi dövr ərzində müxtəlif ölkələrlə birgə yaradılmış hökumətlərarası komissiyaların 100-ə yaxın iclaslarında və müxtəlif işçi qruplarında təmsil olunub, bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilində yaxından iştirak edib.
27 fevral 2018-ci il tarixindən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
KOBİA-ya rəhbərliyi dövründə agentlik Kiçik Biznes üzrə Beynəlxalq Şuraya (The International Council for Small Business — ICSB), Ümumdünya DÖST Qurumları və Peşəkarları Assosiasiyasına (WAPPP), Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəyə (INSME) üzv qəbul edilib, agentliyin təşəbbüsü ilə Ukrayna-Azərbaycan İşgüzar Şurası yaradılıb, KOB sahəsində Azərbaycan təcrübəsinin paylaşılması və bu sahədə xarici ölkələrlə əlaqələrin genişləndirilməsi üçün müxtəlif tədbirlər həyata keçirilib.
Orxan Məmmədov 2017-ci ildən Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti və 2022-ci ildən "Zirə FK" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədridir. Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti olduğu müddətdə, Azərbaycan minifutbol üzrə milli yığması 2022-ci ildə Slovakiyada keçirilmiş yarışda Avropa çempionu olub. Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov Azərbaycan Minifutbol yığmasının Avropa çempionu olmasından danışarkən Orxan Məmmədovun əməyini belə qeyd edib: O 11 iyul 2023-cü ildə Azərbaycan Minifutbol Federasiyasının prezidenti seçilib.
Orxan Məmmədov Azərbaycanda innovativ sahibkarlıq, təşəbbüskarlıq və startap ekosisteminin inkişafındakı fəaliyyətləri ilə tanınır.
Qalereya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan iqtisadçıları