2023 Avroviziya Mahnı Müsabiqəsi 67-ci Avroviziya Mahnı Müsabiqəsi idi. 2022 Avroviziya Mahnı Müsabiqəsində, Kaluş Orkestrı "Stefaniya" mahnısı ilə birinci oldu. Ukraynanın Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində təhlükəsizlik narahatlığı səbəbindən tədbirə ev sahibliyini Böyük Britaniyanın Liverpul şəhəri etdi. Ukraynanın İctimai Yayım Şirkəti (UA: PBC) adından Avropa Yayım Birliyi (EBU) və aparıcı yayımçı olan Britaniya Yayım Korporasiyası (BBC) tərəfindən təşkil edilən müsabiqə Liverpool Arenada keçirilib və iki yarımfinaldan ibarət olub. Üç canlı şou britaniyalı müğənni Alesha Dixon, britaniyalı aktrisa Hannah Waddingham və ukraynalı müğənni Culiya Sanina tərəfindən təqdim edildi, İrlandiyalı televiziya aparıcısı Graham Norton finala qoşuldu.

Müsabiqədə 37 ölkə iştirak edib, Bolqarıstan, Monteneqro və Şimali Makedoniya, əsasən, 2021–2023-cü illər qlobal enerji böhranının iqtisadi təsiri səbəbindən iştirakını dayandırıb.

Lorin tərəfindən ifa edilən və onun digər beş nəfərlə birlikdə yazdığı "Tatu" mahnısı ilə İsveç qalib oldu. İlk beşliyi Finlandiya, İsrail, İtaliya və Norveç tamamlayıb. İsveç birləşmiş səs və münsiflər heyətinin səsini qazandı və telesəsdə Finlandiyadan sonra ikinci oldu. Lorin Conni Loqandan sonra müsabiqədə iki dəfə qalib gələn ikinci ifaçı olsa da, bu titulu qazanan ilk qadın ifaçıdır. Bu həm də İsveçin yeddinci qələbəsi olub, yarışmada ən çox qələbə qazanan İrlandiyanın rekorduyla bərabərləşdi.

Məkan 2023-cü ildə müsabiqə Böyük Britaniyanın Liverpul şəhərində keçirildi. 1960, 1963, 1968, 1972, 1974, 1977, 1982 və 1998-ci illərdən sonra Böyük Britaniyanın bu yarışmaya 9-cu dəfə ev sahibliyi idi. ACC Liverpool kompleksində yerləşən qapalı arena, konsertlər və idman da daxil olmaqla tədbirlər üçün bir məkan kimi xidmət edir. Məkan əvvəllər 2008-ci ildə MTV Avropa Musiqi Mükafatları, 2008 və 2017-ci illərdə BBC-nin İlin İdman Şəxsiyyəti və 2022-ci ildə Bədii Gimnastika üzrə Dünya Çempionatına ev sahibliyi edib.

Əsas məkanla yanaşı, ev sahibi şəhər də müsabiqə ilə tandemdə yan tədbirlər təşkil etdilər. Eurovision Village, Avroviziya Mahnı Müsabiqəsinin rəsmi azarkeşləri və tədbir həftəsində sponsorlar üçün nəzərdə tutulmuş ərazidir. Kənddə müsabiqə iştirakçılarının və yerli sənətçilərin çıxışlarına, həmçinin əsas məkandan yayımlanan üç canlı şouya baxmaq mümkün olmuşdur. Kənd, Pier Head-də yerləşir və 5–13 may 2023-cü il tarixləri arasında açıq olmuşdur. İlk dəfə giriş haqqının olduğu final zamanı istisna olmaqla, Kəndə giriş pulsuzdur. Camp and Furnace-də baş tutacaq EuroClub müsabiqə iştirakçılarının rəsmi ifaları və şəxsi çıxışlarına ev sahibliyi etmişdir. EuroFest adlı iki həftəlik mədəniyyət festivalı 2023-cü il mayın 1-dən 14-dək Liverpulda keçirilmiş və Britaniya və Ukrayna rəssamları arasında əməkdaşlıq nümayiş etdirilmişdir. Müsabiqə iştirakçılarının və onların nümayəndə heyətlərinin akkreditə olunmuş mətbuat və pərəstişkarları qarşısında təqdim olunduğu "Firuzəyi Xalça" tədbiri 7 may 2023-cü ildə Uoker İncəsənət Qalereyasının kənarında, açılış mərasimi isə St. George`s Hall-da baş tutmuşdur.

Ev sahibi ölkə seçimi 2022-ci il müsabiqəsini "Kalush Orchestra"-nın ifasında "Stefania" mahnısı ilə Ukrayna qazandı və Avroviziya ənənəsinə uyğun olaraq AYİ ilkin olaraq Ukraynaya 2023-cü il müsabiqəsini təşkil etmək imkanı verdi. Ukrayna daha əvvəl iki dəfə, 2005 və 2017-ci illərdə, hər iki dəfə Kiyevdə müsabiqəyə ev sahibliyi edib. Bununla belə, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu fonunda, ölkənin tədbirə ev sahibliyi edə bilməyəcəyi ilə bağlı fərziyyələr irəli sürülüb. Bu səbəbdən bir neçə ölkə, o cümlədən Belçika, İtaliya, Niderland, Polşa, İspaniya (sonradan namizədliyini geri götürdü), İsveç və Birləşmiş Krallıq da daxil olmaqla, Ukraynanın edə bilmədiyi tədbirə ev sahibliyi etməkdə maraqlı olduğunu bildirib. Sonuncu dəfə müsabiqə əvvəlki ilin qalibi olan ölkədə 1980-ci ildə keçirilməmişdi.

16 may 2022-ci il tarixində Ukraynanın iştirakçı olan Ukrayna İctimai Yayım Şirkətinin (UA:PBC) sədri Nikolay Çernitski müsabiqəni dinc Ukraynada keçirmək istədiklərini və ölkənin tədbir zamanı bütün iştirakçılar və onların nümayəndə heyətlərinin təhlükəsizliyinə zəmanət verə biləcəyinə ümid etdiklərini bildirdi. Çernitski mayın 20-də bildirib ki, yayımçı müsabiqənin keçirilməsi ilə bağlı AYİ ilə müzakirələrə başlayacaq.

Çoxsaylı ukraynalı siyasətçilər müsabiqənin Ukraynada keçirilməsinin tərəfdarı olublar. Ukrayna Prezidenti Volodimir Zelenski müsabiqənin bir gün Mariupolda keçiriləcəyinə ümid etdiyini bildirib. Kiyev Şəhər Dövlət Administrasiyası rəhbərinin birinci müavini Nikolay Povoroznik 26 may 2022-ci ildə bəyan etdi ki, xahiş edilərsə, Kiyev müsabiqəyə ev sahibliyi etməyə hazır olacaq. Ukraynanın Mədəniyyət Naziri Aleksandr Tkaçenko iyunun 3-də müsabiqənin ölkədə keçirilməsinə icazə vermək üçün AYİ ilə şərti dəyişiklikləri müzakirə etmək niyyətində olduğunu bildirib. Ukrayna hökumətinin Ali Rada üzrə nümayəndəsi Taras Melniçuk iyunun 10-da bəyan edib ki, müsabiqənin təşkilinə yardım etmək üçün komitə yaradılıb.

16 iyun 2022-ci ildə UA:PBC və Ukrayna hökuməti Ukraynada potensial ev sahibliyi variantlarını müzakirə etmək üçün AYİ ilə görüş keçirdi. İclasda UA:PBC potensial ev sahibi yerlər kimi Lvov, Zakarpatya və Kiyevi təklif etdi. Ertəsi gün AYİ həm UA:PBC, həm də üçüncü tərəf mütəxəssisləri ilə aparılan qiymətləndirmələrdən sonra Ukraynanın müsabiqəyə ev sahibliyi edə bilməyəcəyini və Birşmiş Krallıqda potensial ev sahibliyi üçün BBC ilə müzakirələrin başlayacağını elan etdi. Birləşmiş Krallıq 2022-ci il müsabiqəsində Sem Rayderin "Space Man" mahnısı ilə ikinci yeri tutmuşdu. Cavab olaraq, UA:PBC-nin sədri Çernitski və Ukraynanın Mədəniyyət Naziri Tkaçenko, Ukraynanın keçmiş Avroviziya qalibləri Ruslana, Camala və "Kalush Orchestra"-dan Oleq Psiuk ilə birlikdə tədbirin Ukraynada keçirilməsi ilə bağlı AYİ ilə gələcək danışıqların aparılmasını xahiş edən birgə bəyanat yaydılar. Bu mövqeyi Böyük Britaniyanın Baş naziri Boris Conson, Polşanın TVP telekanalı, Polşa Baş nazirinin müavini və Mədəniyyət Naziri Pyotr Qlinski və Britaniyanın Mədəniyyət Katibi Nadin Dorris dəstəkləyib. İyunun 23-də AYİ-nin növbəti bəyanatı tədbirin Ukraynada keçirilməməsi qərarını bir daha təsdiqlədi və bunun üçün təhlükəsizlik mülahizələrini vurğuladı, eyni zamanda ev sahibi ölkənin seçilməsi prosesini siyasiləşdirməməyə çağırdı.

25 iyul 2022-ci ildə AYİ, UA:PBC və BBC 2023-cü il müsabiqəsinin Birləşmiş Krallıqda keçiriləcəyini və ev sahibi şəhərin tender prosesinin eyni həftədə başlayacağını elan etdi.

Ev sahibi şəhərin tender mərhələsi Böyük Britaniyanın Ukrayna adından müsabiqəyə ev sahibliyi edəcəyinin təsdiqlənməsi ilə eyni vaxtda BBC 2022-ci il iyulun 25-də tender prosesini başlatdı. BBC bildirdi ki, "Hər hansı potensial namizədlər potensiala malik olduqlarını nümayiş etdirən bir sıra minimum standartlara cavab verməlidirlər. Ən vacib nüans isə miqyasda və mürəkkəblikdə tədbirə ev sahibliyi etmək qabiliyyəti və təcrübəsidir." Əvvəlki illərdə ev sahibi şəhər üçün seçim meyarlarına aşağıdakılar daxildir: ən azı 10.000 tamaşaçı qəbul edə bilən məkan, maksimum 1500 nəfərlik jurnalistlər üçün mətbuat mərkəzi olan, beynəlxalq hava limanına asan giriş və ən azı 2000 nümayəndə, jurnalist və tamaşaçı üçün oteldə yerləşmə qabiliyyəti olması.

Tender prosesinin birinci mərhələsində BBC Böyük Britaniyanın 20 şəhər və qəsəbəsindən maraq ifadələri aldı, onlardan yeddisi 12 avqust 2022-ci ildə qısa siyahıya daxil edildi: Birmingem, Qlazqo, Lids, Liverpul, Mançester, Nyukasl və Şeffild. Bu şəhərlər ikinci mərhələyə keçdilər və burada ay ərzində şəhərlərə səfərlər edən BBC tərəfindən qiymətləndirmə üçün 8 sentyabra qədər öz təkliflərini ətraflı şəkildə hazırlamalı idilər. Sentyabrın 27-də Qlazqo və Liverpulun yekun qısa siyahı hazırladıqları elan edildi və oktyabrın 7-də EBU və BBC Liverpoolun ev sahibi şəhər olduğunu, Liverpool Arenanın isə müsabiqə üçün seçilmiş məkan olduğunu elan etdi. Şəhər Arena Tutum Qeyd Aberdin P&J Live 15.000 – Belfast SSE Arena 11.000 – Birminhem Resorts World Arena 15.685 – Brayton – – 11 avqust 2022-ci ildə tələb olunan infrastrukturun və yerin olmadığını əsas gətirərək təklifini geri çəkdi. Bristol Bristol Arena 17.000 — Darlinqton The Darlington Arena 25.500 Təklif arenanın örtülməsi üçün damın tikintisindən asılı idi. Darlinqton Mahal Şurası və Tis Vadisi Birləşmiş İdarəsi tərəfindən dəstəkləndi. Derri – – 8 avqust 2022-ci ildə uyğun məkanın və dəstəkləyici yaşayış infrastrukturunun olmadığını əsas gətirərək təklifini geri götürdü. Edinburq – – Edinburq Şəhər Şurası tərəfindən dəstəkləndi. Kardiff Millennium Stadionu 78.000 3 avqust 2022-ci ildə təklif edilən məkanın mövcud olmadığını əsas gətirərək təklifini geri götürdü. Qlazqo OVO Hydro 14.500 Qlazqo Şəhər Şurası tərəfindən dəstəkləndi. Lids First Direct Arena 13.781 Lids Şəhər Şurası tərəfindən dəstəkləndi.Liverpool †Liverpool Arena11.000Liverpul Şəhər Şurası və Liverpul Şəhər Bölgəsi Birləşmiş İdarəsi tərəfindən dəstəkləndi. London – – –MançesterManchester Arena21.000Mançester Şəhər Şurası tərəfindən dəstəkləndi.NyukaslUtilita Arena Newcastle11.000Nyukasl Şəhər Şurası tərəfindən dəstəkləndi. Nottinqem Motorpoint Arena Nottingham 15.865 9 avqust 2022-ci ildə təklif edilən məkanın AYİ tələblərinə cavab verə bilmədiyini əsas gətirərək təklifini geri götürdü. Prudhov – – – Sanderlend Stadium of Light 60.000 10 avqust 2022-ci ildə təklif edilən məkanın mövcud olmadığını əsas gətirərək təklifini geri götürdü. Şeffild Sheffield Arena 13.600 Şeffild Şəhər Şurası və Cənubi Yorkşir Bələdiyyə Birləşmiş İdarəsi tərəfindən dəstəkləndi. Vulverhempton – – –

İstehsal 2023 Avroviziya Mahnı Müsabiqəsi Britaniyanın ictimai yayım şirkəti British Broadcasting Corporation (BBC) tərəfindən hazırlanacaq. Ukraynanın ictimai yayımçısı UA:PBC canlı şoular üçün Ukrayna elementlərini, o cümlədən mövzu incəsənəti, fon musiqisi, aparıcıların seçimi, açılış və interval çıxışları hazırlamaq və həyata keçirmək üçün BBC ilə işləyəcək. Üç şou BBC Studios Entertainment Productions və BBC Studios Music Productions tərəfindən hazırlanacaq.

Baş prodüser komandası Martin Qrin, baş komissar kimi Rachel Ashdown, icraçı prodüser kimi Endryu Kartmell, şou rəhbəri kimi Li Smithurst, müsabiqənin rəhbəri Tvan van de Nieuwenhuijzen və icraçı direktor vəzifəsində Ceyms O'Brayendən ibarətdir. Əlavə prodüser heyətinə çox kameralı rejissorlar Nikki Parsons, Richard Valentine və Ollie Bartlett, baş kreativ direktor Den Shipton, musiqi direktoru Kojo Samuel, səhnə tərtibatçısı Julio Himede, səs rəhbəri Robert Edvards və işıqlandırma üzrə dizayner Tim Routledge daxildir. Ukraynalı məsləhətçi qrupuna Oksana Skybinska, Tetiana Semenova və Herman Nenov rəhbərlik edirlər.

İlkin büdcənin 27 milyon funt sterlinqdən 36 milyon funt-sterlinqə (30,6 milyon avrodan 40,8 milyon avroya) qədər dəyişəcəyi gözlənilir ki, bunun da Liverpul Şəhər Şurası və Liverpul Şəhər Bölgəsinin Birləşdirilmiş İdarəsi hər biri 2 milyon funt sterlinq, 10 milyon funt-sterlinq Britaniyadan olacaq. BBC-dən isə 8–17 milyon funt-sterlinq ayrılacaq.

Vizual dizayn

2023-cü il müsabiqəsinin ümumi loqosu Ukrayna bayrağından istifadə edir.

7 oktyabr 2022-ci ildə ev sahibi şəhərin elanı ilə birlikdə EBU 2023-cü il müsabiqəsinin ümumi loqotipini açıqladı. Mərkəzində adətən ev sahibi ölkənin bayrağı olan Avroviziya ürəyində ölkənin ötən il qazandığı qələbəni əks etdirmək üçün bu ilki Ukrayna bayrağı var. 'Mahnı Yarışması' mətni aşağıda 'Birləşmiş Krallıq' və daha sonra 'Liverpul 2023' ilə müşayiət olunur.