Valhalla 2019-cu ildə Fenar Əhmədin rejissoru olduğu və Peter Madsen, Hans Rancke-Madsen və Henning Kurenin eyni adlı komiksinə (“Cry Wolf”) əsaslanan Danimarka qaranlıq fantaziya macəra filmidir.

Film 1986-cı ildə çəkilmiş eyniadlı filmlə eyni tarixdə, 10 oktyabr 2019-cu ildə efirə buraxılmışdır.

Süjet xətti

Vikinq uşaqları Roskva (Røskva) və Tyalfe (Tjalfe) Tor (Thor) və Loki allahları ilə Midqarddan Valhallaya macəralı səyahətə çıxırlar. Lakin Valhalladakı həyatın qorxulu Fenrir canavarı və allahların barbar baş düşmənləri Yotnar (Jotnar) tərəfindən təhdid edildiyi məlum olur. Allahlarla yan-yana iki uşaq Valhallanı dünyanın sonundan - Raqnarokdan xilas etmək üçün mübarizə aparmalıdırlar.

İstinadlar Kateqoriya:Danca filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Komikslərə əsaslanan bədii filmlər Kateqoriya:Skandinav mifologiyasına əsaslanan filmlər Kateqoriya:İslandiyada çəkilən filmlər