Raterford Börçard Heys (; ) — Amerika Birləşmiş Ştatlarının 19-cu prezidenti (1877–1881). Onun prezident seçilməsi ABŞ tarixində ən "çirkin" prezident seçkiləri nəticəsində mümkün olmuşdur.

1876-cı il prezident seçkiləri 1876-cı ilin noyabrında keçirilən seçkilərdə Demokrat Partiyasının namizədi Nyu-York ştatının qubernatoru Semuel Tilden Raterford Heysi 250 min səslə üstələyərək qələbə çalır. Lakin prezident Uliss Qrant hakimiyyəti öz təmsil etdiyi partiyanın nümayəndəsinə təhvil verə bilmək üçün Semuel Tildenin qalib gəldiyi 4 ştatda – Florida, Luiziana, Şimali Karolina və Oreqonda səslərin yenidən sayılmasına nail olur. İlk üç ştata ordu hissələri yeridilir. Səslərin yenidən sayılması nəticəsində Heysin qalib gəldiyi elan edilir. Vaşinqtonda baş verən iğtişaşların qarşısını almaq üçün buraya da qoşun yeridilir.

Həmçinin bax Amerika Birləşmiş Ştatları prezidentlərinin siyahısı

İstinadlar

Kateqoriya:ABŞ prezidentləri Kateqoriya:ABŞ siyasətçiləri Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1876) Kateqoriya:XIX əsr siyasətçiləri Kateqoriya:ABŞ abolisionistləri Kateqoriya:ABŞ hüquqşünasları Kateqoriya:ABŞ hüquqşünasları