– Yaponiya həkimi, pedaqoqu və ictimai fiquru. Yaponiyada qadınlar üçün ilk tibb məktəbini açmışdır.

Həyatı 1871-ci ildə Şizuoka prefekturasında doğulmuşdur. Atası Vaşiyama Yosay Şizuoka prefekturasına Qərb tibbini gətirməsinə görə tanınan həkim idi. İki böyük qardaşı kimi o da Tokioya gedərək Saysey Qakuşa Tibb Kollecində təhsil almışdır. 1892-ci ildə lisenziyasını əldə etmiş, 1895-ci ildə Tokioda öz klinikasını açmışdır. Ona özəl məktəbində alman dilini öyrədən, keçmiş tibb tələbəsi Yoşioka Arata ilə 1895-ci ildə evlənmişdir. Həyat yoldaşının dəstəyi ilə 1900-cu ildə Tokio Qadınlar Tibb Məktəbini açmışdır. İlk ildə məktəbin cəmi 4 tələbəsi var. Dərslərin biri üçün tələbərinə öz oğlunu doğma anına baxmağa icazə vermişdir. Tezliklə məktəb böyümüş, yüzlərlə tələbəsi olmuş və 1912-ci ildə Tokio Qadınların Peşəkar Tibb Məktəbinə çevrilmişdir.

Yayoy tələbələrinin məzun olan kimi lisenziyalı doktor olmaları üçün tam akkreditasiya üçün mübarizə aparmış və 1920-ci ildə bu statusu əldə edə bilmişdir. O, Tokio xəstəxanalarından birini idarə etmiş, müxtəlif hökumət və ictimai təşkilatın aktiv üzvü olmuşdur. Yaponiyanın İkinci dünya müharibəsindəki məğlubiyyətindən sonra ABŞ rəsmiləri dövlət xidmətlərinə görə onun fəaliyyətinə son qoymuşdur. Lakin 1951-ci ildə bu məhdudiyyət ləğv olunmuş və qurucusu olduğu məktəbin yenidən prezidenti seçilmişdir.

Mükafatları 1955-ci ildə Yaponiyada qadınlar üçün təqdim olunan Fucin Bunka mükafatına layiq görülmüşdür.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya pedaqoqları Kateqoriya:Yaponiya feministləri Kateqoriya:"Müqəddəs xəzinə" ordeni ilə təltif edilənlər Kateqoriya:Yaponiya həkimləri Kateqoriya:Meyci dövrü şəxsləri Kateqoriya:Universitet təsisçiləri Kateqoriya:Yaponiyanın qadın alimləri