Eduard Markarov () — erməniəsilli Azərbaycan və SSRİ futbolçusu.

Həyatı Eduard Markarov 1942-ci il iyunun 20-də Bakıda doğulub. Futbol oynamağa Azərbaycan paytaxtının "Lokomotiv" gənclər komandasında başlayıb, daha sonra Armavir (Rusiya) "Torpedo"sunda forma geyib.

1961–1970-ci illərdə Bakının Neftçi Bakı komandasının şərəfini qoruyub. 1971–1975-ci illərdə İrəvanın "Ararat" komandasında oynayıb.

SSRİ yığma komandasının heyətində 3 rəsmi oyuna çıxmış E.Markarov 159 qolla Qriqori Fedotov klubunun üzvüdür. Məşhur hücumçu SSRİ birinciliyinin bürünc (1966), gümüş (1971) və qızıl (1973) medallarının sahibidir. 1973-cü ildə SSRİ Kubokunu qazanıb. SSRİ yığmasının heyətində 1966-cı il dünya çempionatında 4-cü yeri tutub.

Məşqçi karyerasına İrəvanda başlayan E.Markarov bir müddət Livanda çalışıb. Hazırda Ermənistanın "Mika" komandasının sükanı arxasında dayanır.

İyulun 3-də Azərbaycan paytaxtına səfər edərək prezident İlham Əliyevlə görüşmüş Ermənistan nümayəndə heyətinin tərkibində bakılı veteran futbolçu Eduard Markarov da olub.

Mənbə BAKILI FUTBOLÇU

Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:Ermənistanın kişi futbolçuları Kateqoriya:SSRİ milli futbol komandasının oyunçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Qriqori Fedetov FK futbolçuları

Kateqoriya:Azərbaycan erməniləri Kateqoriya:Bakı erməniləri Kateqoriya:1966 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının bombardirləri Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:1-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" medalı ilə təltif edilənlər (Ermənistan) Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Futbol hücumçuları