Acmer və ya Acmir — Hindistanın şimal-qərbində, Racastan ştatında şəhər. 2001-ci ilin məlumatına görə, əhalisi 485,2 min nəfərdir. Aravalli dağlarında, 900 metr hündürlükdə yerləşir. Dəmiryol qovşağıdır. Ölkənin əsas dini mərkəzlərdən biri, müsəlmanların ziyarətgah yeridir. Hindistanda ilk məscidlərdən biri XII əsrdə burada tikilmişdir. Toxuculuq və yeyinti sənayesi, iri dəmiryol emalatxanaları, memarlıq abidələri var.

İstinadlar

Əlavə ədəbiyyat

W.D. Begg: The Holy Biography of Hazrat Khwaja Muinuddin Chishti (Millat Book Centre, Delhi, 1999). Ajmer The Imperial Gazetteer of India, 1909, v. 5, p. 137-146.

Xarici keçidlər

R. Nath Mughal Architecture Image Collection, Images from Ajmer - University of Washington Digital Collection

Kateqoriya:Hindistan şəhərləri Kateqoriya:Müqəddəs şəhərlər Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri