Artsruni Knyazeviç Ağacanyan (; ) — Ermənistan siyasətçisi və dövlət xadimi, Birinci Qarabağ müharibəsi iştirakçısı.

Həyatı Artsruni Knyazeviç Ağacanyan 21 noyabr 1955-ci ildə Ermənistanın Artik şəhərində anadan olmuşdur. O, 1979-cu ildə İrəvan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. İxtisasca iqtisadçıdır. Ağacanyan 1979–1981-ci illərdə Sovet Ordusunda hərbi xidmət keçirmişdir. O, 1981–1986 -cı illərdə Ermənistanın Şirak mərzində Ərtik rayon icraiyyə komitəsinin təlimatçısı olmuşdur. Ağacanyan 1986–1988-ci illərdə trikotaj fabrikinin direktoru olmuşdur. O, 1994-cü ilin aprelindən Birinci Qarabağ müharibəsində iştirak etmişdir. Ağacanyan 1988–1999-cu illərdə Ərtik rayon corab fabrikinin direktor müavini kimi işləmişdir. O, 30 may 1999 -cu ildə 126-cı dairə üzrə ikinci çağırış Ermənistan parlamentinin deputatı seçilmişdir. Ağacanyan "Orinats Yerkir" partiyasının üzvü olmuşdur.Buna əlavə olaraq, o, sosial məsələlər, sağlamlıq və ekologiya daimi komissiyasının üzvü olmuşdur.

23 mart 2011-ci ildə 4-cü çağırışda deputatlıq səlahiyyətlərini vaxtından əvvəl tərk etmişdir.

İstinadlar

Xarici keçidlər Страница Арцруни Агаджаняна на сайте парламента Армении, 2 созыв. Страница Арцруни Агаджаняна на сайте парламента Армении, 4 созыв. Сайт партии «Оринац Еркир».

Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Ermənistan siyasətçiləri Kateqoriya:Ermənistan Respublikasının Milli Məclisinin deputatları Kateqoriya:Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:XXI əsr siyasətçiləri