Tessa Linn Tompson (; ) — ABŞ aktrisası və müğənnisi. Müxtəlif teatr tamaşaları, seriallar, filmlər və video kliplərdə yer alan aktrisa aktrisalıq fəaliyyətindən başqa mahnılar yazmış və bəstələmişdir. Profesional aktrisalığa 2002-ci ildə "Fırtına" adlı teatr tamaşası ilə başlayan Tompson bir il sonra yer aldığı "Romeo və Cüliyetta: Antebellum Yeni Orleans, 1836" tamaşasındakı roluna görə həmin il "NAACP Teatr mükafatı" tərəfindən "Ən yaxşı aktrisa" mükafatına layiq görüldü. Teatr karyerası ilə birlikdə 2005-ci ildə "Soyuq qala" serialı ilə ilk dəfə ekranda göründü və növbəti il "Naməlum şəxs zəng edəndə" filmi ilə kino sahəsində yer aldı.
Tompson rejissor Tina Mabrinin çəkdiyi 2009-cu il istehsalı "Mississippi Damned" ilə ABŞ Qara Film Festivalı tərəfindən "Ən yaxşı aktyor" seçilərək kino sahəsində ilk mükafatını əldə etdi. Mülki vətəndaşlar aktivisti Diana Naşı canlandırdığı Martin Lüter Kinq haqqındakı bioqrafiya filmi "Selma" ilə dünya üzrə məşhurlaşdı və Hamptons Beynəlxalq Film Festivalında "Debüt performans" mükafatını qazandı. Növbəti il baş rolda yer aldığı "Krid" filmindəki çıxışına görə də iki mükafat qazandı. "Krid 2"dən sonra Marvel Kinematoqrafiya Kainatına keçid edən Tompson "Tor: Raqnarök", "Qisasçılar: Sonsuzluq savaşı" və "Qisasçılar: Final" filmlərində Valkiriya personajını canlandırdı. 2019-cu ildə buraxılan "Qara geyimli adamlar: Beynəlxalq" filmində isə baş rol Agent M obrazını canlandırdı.
Tompson "Mis", "Gizli palmalar", "Veronika Mars" və "Qərb dünyası" kimi seriallarda baş rolda, "Qrey anatomiyası" və "Qəhrəmanlar" kimi müxtəlif seriallarda isə ikinci plan ya da qonaq aktrisa olaraq yer aldı. Musiqi ilə də maraqlanan aktrisa prodüser Mozes Samni ilə birlikdə "Krid" və "Krid 2"nin musiqi albomuna öz töhfələrini vermişdir.
Həyatı Tompson 3 oktyabr 1983-cü ildə Los-Ancelesdə doğuldu. Atası Panama əsilli müğənni Mark Antoni Tompson Chocolate Genius musiqi qrupunun yaradıcısıdır.Thompson in Anası isə Meksika əsillidir. Tompson babasının o dövrdə çox az olan Meksika əsilli sənətçi olduğunu demişdir. Tompson üç yaşında olanda anası və atası ayrıldı, atası Nyu-Yorka köçdü və burada iki uşağı doğuldu. Kollec müdirü və incəsənət xadimi olan anası Tompson və bacısını böyütdü. O, Los-Anceles və Nyu-Yorkun Bruklin bölgəsində böyüdü. Tompson Santa-Monika tam orta məktəbində oxuduğu vaxtda Şekspirin "Yay gecəsində yuxu" (A Midsummer Night's Dream) tamaşasında atası tərəfindən sevmədiyi biri ilə məcburi evləndirilən Hermiyanı canlandırdı. Məktəbi bitirdikdən sonra Santa-Monika kollecində mədəni antropologiya ixtisası ilə təhsilini davam etdirdi. Berkli Universitetinə keçmək fikrində olanda qadınlardan ibarət Los-Anceles qadınların Şekspir şirkəti (LAWSC) ilə qarşılaşdı və Liza Volpun dərslərinə qoşuldu. Universiteti yarımçıq qoyaraq şirkətdə təcrübəçi olaraq işləməyə başladı və daha sonra profesionallığa keçid etdi.
Karyerası
Teatr thumb|219x219px|Tompson, 2014-cü il. Tompson teatr səhnəsinə profesional olaraq ilk dəfə 2002-ci ildə LAWSC-nin "Fırtına" tamaşasında Ariel rolunu canlandıran üç aktyordan biri olaraq çıxdı. Ariel bir cadugər tərəfindən xilas edilib ona xidmət etməyə başlayan, amma azadlıq əldə etmək istəyən görünməz pəridir. O, tamaşada onu xilas edən və yenidən həbs etməklə hədələyən cadugərin əsarətindən qurtulub azad olmaq üçün çalışır. 2003-cü ildə Pasadenadakı The Theater @ Boston Court-da nümayiş olunan, Romeo və Cülyetta əsasında hazırlanmış "Romeo və Cüleytta: Antebellum Yeni Orleans, 1836" tamaşasındakı Cülyetta roluna görə NAACP Teatr mükafatına namizəd göstərilmiş və qazanmışdır. Bundan başqa 2004-cü ildə "Yay vaxtı"; 2005-ci ildə "Pera Palaz" və "Giriş/Çıxış"; 2006-cı ildə "Agamemnon və qızları"; 2008-ci ildə "Axmaq uşaqlar"; 2009-cu ildə "Ağac"; 2010-cu ildə "Kral Lir" və "Arkadiya"; 2011-ci ildə "On ikinci gecə", "Sezar və Kleopatra" və "Alabama səması üçün mavilər"; 2012-ci ildə "Necə istəyirsinizsə"; 2014-cü ildə "Həqiqətimizlə üz-üzə: Trayvon Martin oynayır" və 2016-cı ildə "Ağıllı insanlar" adlı teatr tamaşalarında yer almışdır. Brodveyə aid olmayan "Ağıllı insanlar" tamaşasında Maherşala Əli və Yoşua Cekson ilə birlikdə baş rolda yer almışdır. 2 aprel 2020-ci ildə birbaşa nümayiş olunan Rayan Spanın komediyası "Nora hayland"da da baş rolu canlandırmışdır.
Televiziya
Kino
Musiqi
Podkast Cek Andersonun yazdığı 10 seriyalıq sirr-elmi fantastika podkastı "The Left Right Game"in səs heyətində paranormal araşdırmaçılardan təşkil olunmuş bir qrupu izləyən idealist jurnalist Alis Şarmen rolunu səsləndirdi.
Şəxsi həyatı alt=Tessa Thompson, 2018 MTV ödüllerinde|thumb|214x214px|Tompson MTV mükafatı mərasimində, 2018-ci il.Tompsonun müğənni olan Zsela adlı kiçik bacısı var. 2018-ci ilin iyun ayında verdiyi müsahibədə cinsi həyatına toxundu: "Ailəm mənə "Olmaq istədiyini ola bilərsən" dedi. Kişilərə sevgim olduğu kimi qadınlara qarşı da hisslərim var. Bir kişiylə və ya bir qadınla birgə münasibətdə olsam, bunu mübahisə etməyə belə dəyməz." Bu müsahibənin ardınca mediada Tompsonun biseksual olduğu haqda iddialar meydana çıxdı, amma Tompson 2018-ci ilin noyabrında "The Independent"ə veridiyi digər müsahibə ilə buna qarşı çıxdı: "O sözü heç vaxt işlətməmişəm. İki cinsiyyətə qarşı hisslərimin olmasını düşünmürəm." Tompson həmçinin sözlərinə əlavə etdi: "Bəziləri bunu kaminq-aut ya da başqa bir şey olaraq qəbul etdi. Mən bu ifadələrin nə olduğunu və nə mənaya gəldiyini bilmirəm."
Tənqidlər
Filmoqrafiya
Film thumb|221x221px|Tompson San Diego Comic-Con festivalında, 2019-cu il. İl Orijinal adı Rol Qeydlər 2006When a Stranger CallsScarlet 2008Make It HappenDanaWaitress2009Mississippi DamnedKari Peterson 2010Everyday Black ManClaireChicago Reader, Aug 12, 2010 – Everyday Black Man By Andrea Gronvall Exquisite CorpseLizFor Colored GirlsNyla Adrose 2011PeripheryCaitlinRed & Blue MarblesBecca2012Murder on the 13th FloorNia Palmer2013AutomotiveMaggie 2014Dear White PeopleSamantha "Sam" WhiteGrantham & RoseWallisAlso associate producerPoints of OriginRosemaryShort filmSelmaDiane Nash2015The Grand RomanticCindyShort filmCreedBianca Taylor Also songwriter 2016War on Everyone Jackie HollisSalt Water Brit 2017South Dakota Chris Thor: Ragnarok Valkyrie / Scrapper 142 2018 Sorry to Bother You Detroit Annihilation Josie Radek Furlough Nicole Stevens Little Woods Oleander "Ollie" Hale Also executive producer Dirty Computer Zen / Mary Apple 53 Short film Creed II Bianca Taylor Also songwriter 2019Brave Girl RisingNasro (voice)Short film Avengers: Endgame Valkyrie Men in Black: International Molly Wright / Agent M Between Two Ferns: The Movie Herself Lady and the Tramp Lady (voice) 2020 Sylvie's Love Sylvie Parker Also executive producer 2021 Passing Irene Redfield 2022 Thor: Love and Thunder Valkyrie The Listener Beth Post-production; also producer Creed III Bianca Taylor Filming
Televiziya YearTitleRoleNotes2005Cold CaseWilhelmina "Billie" DoucetteEpisode: "Best Friends"2005–2006Veronica MarsJackie CookMain role (12 episodes)2006Grey's AnatomyCamille Travis2 episodesEsmeTelevision film2007Hidden PalmsNikki BarnesMain role (7 episodes)2008LifeLizaEpisode: "Trapdoor"2009MentalLainey JeffersonEpisode: "Lines in the Sand"Private PracticeZoe2 episodesHeroesRebecca Taylor3 episodesThree RiversPenelope KirkellEpisode: "A Roll of the Dice"2010BetwixtJennyTelevision pilotBlue BelleBlueLead role (5 episodes)2010–2011Detroit 1-8-7Lauren Washington3 episodes2011Off the MapSydneyEpisode: "A Doctor Time Out"Rizzoli & IslesFBI Agent Anna FarrellEpisode: "He Ain't Heavy, He's My Brother"2012–2013666 Park AvenueLaurel Harris / Sasha Doran5 episodesCopperSara FreemanMain role (22 episodes)2016BoJack HorsemanTanishaVoice; Episode: "Love And/Or Marriage"2016–presentWestworldCharlotte Hale Dolores AbernathyMain role (18 episodes)2018PortlandiaBaileyEpisode: "Rose Route"Dear White PeopleRikki Carter2 episodes2019Tuca & BertieSophie BlackVoice; Episode: "The Sex Bugs"Drunk HistoryEartha KittEpisode: "Fame"2020RuPaul's Drag Race All StarsHerselfEpisode: "I'm In Love!"
Teatr YılOyunRol2002The TempestAriel2003Romeo & Juliet: Antebellum New Orleans 1836Juliet2004SummertimeTessa2005Pera PalasMelekIndoow/OutdoorSamantha2006Agamemnon and His DaughtersIphigeneia2008Stupid KidsJudy2009TreeJJ2010King LearCordeliaArcadiaChloë Coverly2011Twelfth NightViolaCaesar and CleopatraCleopatraBlues for an Alabama SkyDelia2012As You Like ItRosalind2014Facing Our Truth: The Trayvon martin PlaysEnsemble2016Smart PeopleValerie
Musiqi videoları İlMahnıMüğənniRol2015"Yoga"Janelle MonáeRəqqasə2017"Moonlight"Jay-ZMonika Geller2018"Make Me Feel"Janelle MonáeZen / Mary Apple 53"Pynk"2019Screwed"Uneventful Days"BeckAktrisa
Mükafatlar və namizədliklər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ-də doğulanlar Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:ABŞ teatr aktrisaları Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:Afroamerikalılar