MusicBrainz (MusicBrainz.org) — azad musiqi ensiklopediyası layihəsi.Highfield, Ashley.Keynote speech given at IEA Future Of Broadcasting Conference , Би-би-си Пресс-релиз, 2007-06-27. Retrieved on 2008-02-11. "MusicBrainz" musiqinin özü deyil, indiyə qədər qeydə alınmış musiqi haqqında məlumatları saxlayır. "Freedb" kimi, "MusicBrainz"də "CDDB"nin kommersiyalaşdırılmasına cavab olaraq yaradılmışdır. Buna baxmayaraq, "Freedb"dən fərqli olaraq, "MusicBrainz" CD metaməlumat deposundan daha da irəli getmişdir. "MusicBrainz" akustik barmaq izlərini təşkil etmək üçün istifadə olunan "Relatable"ın patentləşdirilmiş TRM alqoritminə əsaslanır. Musiqi metaməlumatı REST paylanmış sistem arxitekturasına uyğun olaraq GET və POST HTTP sorğuları vasitəsilə əldə edilə bilən RDF/XML-dən istifadə edərək təsvir edilir.
2004-cü ilin dekabrında "MusicBrainz" layihəsi təsisçisi Robert Key tərəfindən "MetaBrainz Foundation" qeyri-kommersiya təşkilatına çevrilmişdir.
28 iyun 2007-ci ildə "BBC"nin musiqi internet səhifələrini təkmilləşdirmək üçün "MusicBrainz"ə canlı məlumat axınına lisenziya verdiyi elan edilmişdir. "BBC" onlayn musiqi platformasının redaktorları öz musiqi kataloqunu verilənlər bazasına qatmaq üçün "MusicBrainz" icmasına qoşulmalı olurlar. 28 iyul 2008-ci ildə "MusicBrainz"də hər bir incəsənət xadimi üçün veb səhifə yaradan yeni "BBC" musiqi saytı üçün beta testi başlamışdır.
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər
MusicBrainz Форум MusicBrainz MusicBrainz Metadata Vocabulary (very incomplete) MusicBrainz Metadata Initiative (в процессе создания) MusicBrainz wiki
Kateqoriya:ABŞ veb-saytları Kateqoriya:Onlayn verilənlər bazaları Kateqoriya:Onlayn ensiklopediyalar Kateqoriya:Kitabxana kataloqu və təsnifatçıları Kateqoriya:2000-ci ildə yaranan saytlar Kateqoriya:Musiqi Kateqoriya:Azad məzmunlu veb-saytlar