Rimma Şahbala qızı Məmmədova — Azərbaycan kino aktrisası, xoreoqraf, pedaqoq. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2026-cı ildən). Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" kafedrasının dosenti.

Həyatı Rimma Məmmədova 1942-ci ildə Rusiyanın Saratov şəhərində anadan olub.

Bakı Xoreoqrafiya məktəbində təhsil alıb.

1962-ci ildə Azərbaycan Dövlət İncəsənət inistutuna da rejissorluq təhsili alıb.

1967-ci ildə isə təhsilini bitirib. 1972–1974-cü ildən Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiyasının İnistutunun aspirantura şöbəsinə çalışıb.

Pedaqoji fəaliyyəti 1960–1967-ci ilə kimi Azərbaycan Opera və Balet Teatrının balet artisti kimi fəaliyyət göstərib.

1967–1987-ci illərdə İncəsənət İnustutunda müəllim kimi çalışıb.

1978-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin direktoru vəzifəsinə daxil olmuşdur.

1996-cı ildən isə xoreoqrafiya müəllim kimi fəaliyyət göstərir.

2000-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Səhnə hərəkətlərinin əsasları" və "Rəqs" fənni üzrə dərs deyir.

2007-ci ildən Azərbaycanın Əməkdar İncəsənət Xadimidir. 2012-ci ildə dosent adını alıb. 7 may 2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

"Səhnə hərəkətinin əsasları"-2010-cu il və "Rəqs" sənəti haqqında proqram-2005 ci il, metodiki tövsiyələr yazmışdır.

Filmoqrafiya Koroğlu (film, 1960) – aktrisa Mollanın sərgüzəşti (film, 1960) – aktrisa (qız) Bizim küçə (film, 1961) – aktrisa (Sara) Daha iki nəfər (1965, qısametrajlı bədii film) – aktrisa Topal Teymur (film, 1983) – baletmeyster

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri