Ouşenin səkkiz rəfiqəsi (stilizə edilmiş: Ouşenin 8 rəfiqəsi; ) — Rejissoru Qari Ross, ssenari müəllifləri Ross və Oliviya Milç olan 2018-ci il istehsalı ABŞ soyğun və komediya filmi. Film Stiven Soderberqin "Ouşenin" trilogiyasının həm davamı, həm də spin-offudur və aktyor heyətinə Sandra Ballok, Keyt Blanşett, Enn Heteuey, Mindi Kallinq, Sara Polson, Awkwafina, Rihanna və Helena Bonem Karter daxildir. Film Nyu-Yorkda yerləşən Metropoliten muzeyində hər il keçirilən "Met Gala" mərasimində böyük soyğun planlaşdıran Denni Ouşenin bacısı Debbi Ouşenin başçılıq etdiyi bir qrup qadından bəhs edir.

"Ouşenin on üç dostu" filmi 2007-ci ildə buraxıldıqdan sonra Soderberq seriyanın "zirvəyə çıxmasını" istədiyini deyərək dördüncü filmi çəkmək niyyətində olmadığını bildirdi. Buna baxmayaraq, 2015-ci ilin oktyabrında tamamilə qadınlardan ibarət spin-off elan edildi və aktyor heyətinin çox hissəsi 2016-cı ilin avqustuna qədər təsdiqləndi. Çəkilişlər 2016-cı ilin oktyabrından 2017-ci ilin martına qədər Manhetten ətrafında aparıldı.

"Ouşenin 8 rəfiqəsi" filminin premyerası 5 iyun 2018-ci ildə "Alice Tully Hall"da baş tutdu və 8 iyun 2018-ci ildə, "Ouşenin on üç dostu"nun buraxılmasından 11 il sonra Warners Bros. Pictures tərəfindən ABŞ-də ilk baxışa çıxarıldı. Film dünya üzrə 297 milyon ABŞ dolları gəlir əldə etdi və tənqidçilər tərəfindən həm aktyor heyəti, həm də filmin özü müsbət qiymətləndirildi.

Məzmun Mərhum Denni Ouşenin kiçik bacısı, yenicə azad edilmiş Debbi Ouşen keçmiş cinayət ortağı Lounu yeni soyğunda ona qoşulmasını istəyir. Onlar birlikdə komanda qururlar: IRS-ə (ABŞ vegi xidməti) borcu olan iflas etmiş Roz Veyl; anasının evindən köçmək istəyən zərgər Amita; təhlükəsizlik hakeri Nin Boll; küçə fırıldaqçısı və cibgir Konstans və oğurlanmış malları evində saxlayan Tammi.

Debbi qarşıdan gələn "Met Gala" mərasimində 150 milyon dollarlıq Cartier istehsalı Toussaint boyunbağısını oğurlamağı planlaşdırır, film ulduzu Dafne Klacer özü də bilmədən bu işə qoşulur.

Rollarda Sandra Ballok — Dobora "Debbi" Ouşen, peşəkar oğru və Denni Ouşenin bacısı. Keyt Blanşett — Lou Miller, Debbinin cinayət ortağı. Enn Heteuey — Dafne Klacer, məşhur və eqoist aktrisa. Mindi Kallinq — Amita, zərgər. Sara Polson — Tammi, ana və gizli cinayətkar. Awkwafina — Konstans, küçə cinayətkarı və cibgir. Rihanna — Nin Boll / Lezli, istedadlı haker. Helena Bonem Karter — Roz Veyl, cılız və biabırçı modelyer. Riçard Armitic — Klaud Beker, Debbini təhrik etdiyi cinayətə görə ittiham edən sənət satıcısı. Ceyms Korden — Con Freyser, cinayət müstəntiqi. Dakota Fenninq — Peneope Störn, Dafnenin qısqandığı məşhur. Natanya Aleksandr — Veronika, Nin Bollun kiçik bacısı. Damian Yanq — Devid Velç Qriffin Dann — evakuasiya işçisi Maykl Qandolfini — avtobusdakı oğlan Elliot Quld — Roben Tişkoff, Denninin tanıdığı varlı kazino sahibi. Tsin Şaobo — "Möhtəşəm" Yen, Denni üçün işləyən akrobat. Marlo Tomas, Dana Ayvi, Luiza Meri Vilson, Elizabet Eşli — Komandanın oğurladığı daşları satmağa kömək edən yaşlı qadınlar.

Filmdə Anna Vintur, Zeyn Malik, Keti Holms, Mariya Şarapova, Serena Vilyams, Kim Kardaşyan, Common, Adriana Lima, Desiigner, Kayli Cenner, Aleskdanr Van, Lü Ven, Kendal Cenner, İra Qlass, Gigi Hadid, Lili Oldric, Oliviya Mann, Ceymi Kinq, Zek Pozen, Heyli Biber, Derek Blasberq, Sofiya Riçi, Heidi Klum, Kelli Rohrbak, Lauren Santo Dominqo və Reyni Kualli özləri olaraq cameo rollarda yer alıblar.

Mett Deymon və Karl Rayner də öz rolları olan Linus Kaldvell və Saul Blumu canlandıracaqlardı, amma onların səhnələri kəsildi.

İstehsal

Gəlir

Ev buraxılışı

Qəbul

Mükafatlar MükafatTarixKateqoriyaAlıcı(lar)Nəticə Teen Choice Awards12 avqust 2018Seçilən yay filmiOuşenin 8 rəfiqəsi Seçilən yay filmi ulduzu: QadınSandra BallokPeople's Choice Awards11 noyabr 20182018-ci ilin döyüş filmiOuşenin 8 rəfiqəsi Qadın film ulduzuSandra Ballok Enn Heteuey

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Manhetten haqqında filmlər Kateqoriya:Manhetten haqqında filmlər Kateqoriya:Nyu-Cersi haqqında filmlər Kateqoriya:Almanca filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:2018-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:ABŞ-nin soyğun filmləri Kateqoriya:ABŞ-nin cinayət triller filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:İngiliscə dost komediya filmləri Kateqoriya:İngiliscə komediya triller filmləri Kateqoriya:İngiliscə kriminal triller filmləri Kateqoriya:İngilis dilində cinayət komediya filmləri Kateqoriya:ABŞ-nin cinayət komediya filmləri Kateqoriya:İntiqam haqqında ABŞ filmləri Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin qadın dostluğu filmləri Kateqoriya:2008-ci il haqqında filmlər Kateqoriya:2010-cu illərin qadın dostluğundan bəhs edən filmləri Kateqoriya:ABŞ-nin baddi komediya filmləri Kateqoriya:2010-cu illərin dostluq komediya filmləri Kateqoriya:Film spin-offları Kateqoriya:2018-ci il haqqında filmlər Kateqoriya:ABŞ-nin komediya triller filmləri