Şahdağ xalqları və ya Şahdağ milli etnik qrupu və ya Şahdağlılar — azərbaycanlıların tərkib hissəsi; Azərbaycanın aborigen əhalisi; etnik azlıqlar.

Şahdağ milli etnik qrupuna daxil olan etnoslar Quba rayonunun Buduq, Cek, Əlik, Haput, Qrız, Xınalıq və Yergüc kəndlərinin adlarına müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, qrızlılar, xınalıqlılar, yergüclülərБольшая Энциклопедия в 62 томаx: Ергюджцы adlanır. Say etibarilə az olsalar da, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur.Öz adət-ənənələrinə sadiq buduqlular www.anl.az Bu yeddi etnosun mərkəzi igamətgahları Şahdağ platosunda yerləşir və bir-birinə çox yaxındır. Azərbaycan Respublikasında yaşayan şahdağlıların ümumi sayı 45 min nəfərdir.Dağıstanda nələr yaşanılır? Константин Казенин: О чем Медведева не спросят в Азербайджане? XX əsrdə mövcud olmuş Sovet xalqı nəzəriyyəsi digər SSRİ xalqları, o cümlədən Qafqaz xalqları kimi Şahdağ xalqlarına da çox ziyan gətirmiş, bu xalqların bəzi adət-ənənələrinin ləğv olunması, yaxud unudulması ilə nəticələnmişdir.Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda keçirilən Beynəlxalq Konfransda və Qafqaz Müsəlmanları Qurultayında nitqi — 30 sentyabr 1998-ci il . aliyevheritage.org

Ümumi məlumat Şahdağ xalqları Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün "Şahdağ etnik qrupu" və ya "Şahdağ xalqlarının nümayəndəsi" kimi fərqləndirilir. Sayca azlıq təşkil edən bu xalqlar tarixən Buduq, Cek, Əlik, Haput, Xınalıq, Qrız və Yergüc kəndlərində məskunlaşdıqları üçün müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, xınalıqlılar, qrızlılar və yergüclülər adlanırlar. Əcdadları Qafqaz albanları ehtimal olunanАлиев К. "К вопросу о племенаx Кавказской Албании. Исследования по культуры народов Востока". Москва-Ленинград, 1960, s. 18Гейбуллаев Г.А. "Топонимия Азербайджана". Баку, "Элм", 1986, стр. 93 bu yeddiliyin hər birinin özünə xas adət-ənənəsi, mədəniyyəti, hətta ayrıca dili mövcuddur. Onlar mənsub olduqları kəndin dilində danışırlar. Yəni hər kəndin özünün dili var.

Sovet dövründə şahdağlılar və onların dilləri həm də mərkəzi şəhərlərdəki alimlərin, respublika ziyalılarının diqqətini cəlb etmişdir. Bu dövrün dilçilik ədəbiyyatında tez-tez Xınalıq, Buduq, Qrız, Haput, Cek, Əlik, Yergüc kəndlərinin hər birində bir müstəqil dilin mövcudluğundan söhbət getmişdir. Hətta N. Marr, N. Yakovlev, R. Şor, L. Jirkov və başqa mütəxəssislər dünya dillərini təsnif edərkən Şahdağ dillərinin yeddi dildən ibarət olduğunu göstərmişlərVaqif Buduqlu-Piriyev, "Buduq və buduqlular", Bakı-1994 .

VII əsrə qədər atəşpərəst olmuş Şahdağ xalqlarının etnoqrafik xüsusiyyətlərinə nəzər saldıqda, onların Azərbaycanın digər xalqlarına, xüsusi ilə də Oğuz türklərinəT. Paşazadə. "Azərbaycanın milli etnik nümayəndələri – ceklilər", "Azərbaycan Müəllimlər İnstitutunun Xəbərləri", № 1, Azərbaycan Müəllimlər İnstitutu, Bakı, "Müəllim", 2009, s. 39 xas xeyli oxşar cəhətlərə malik olmaqla yanaşı, həm də lokal xüsusiyyətlərini qoruyub saxladıqlarını da müşahidə etmək mümkündür.

XIX əsrin 80-ci illərinə aid olan bir sənəddə bu azsaylı qədim xalqların sayı belə göstərilir: buduqlular – 3805 nəfər, qrızlılar – 8137 nəfər, haputlular – 997 nəfər, ceklilər – 1277 nəfər, xınalıqlılar – 5670 nəfərH. Həvilov. Azərbaycan etnoqrafiyası. Bakı. Elm. 1991. səh. 40. Həmin sənəddə əliklilərin və yergüclülərin sayı göstərilməmişdir.

1886-cı ildə aparılmış hesablamalara görə Azərbaycan ərazisindəki şahdağlıların sayı 16.821 nəfər olmuşdur ki, bu da ölkə əhalisinin 1,2 %-ni təşkil edirdi. Onların 15.300 nəfəri Bakı quberniyasında, 1.521 nəfəri isə Yelizavetpol quberniyasında yaşayırdıТЕРРИТОРИИ РОССИЙСКОЙ ИМПЕРИИ, ВОШЕДШИЕ ПОЗЖЕ В СОСТАВ АЗЕРБАЙДЖАНСКОЙ ССР (1886 г.) . right|thumb|180px|Azərbaycan bayrağı dəniz səviyyəsindən 1635 m yüksəklikdə yerləşən Cek kəndində dalğalanır. Uzun illər gediş-gəlişin çətin olduğu məkanlarda yaşayan şahdağlıların müasir dövrümüzə qədər öz varlıqlarını qoruyub saxlamalarının əsas səbəbi, məhz başqa xalqlarla inteqrasiyada olmamalarıdır, lakin buna baxmayaraq, Şahdağ xalqları heç də Azərbaycanda və dünyada cərəyan edən başlıca qlobal hadisələrdən kənarda qalmamış, ölkənin digər xalqları qədər bu hadisələrin iştirakçısı olmuş və problemlərin həllinə öz töhfələrini verməklə yanaşı, bu problemlərin yaratdığı fəsadlardan da öz nəsiblərini almışlarT. Ə. Paşazadə. "Böyük Vətən Müharibəsində və digər müharibələrdə Şahdağ xalqlarının iştirakının öyrənilməsi problemləri". "Böyük Vətən Müharibəsində qələbənin təmin olunmasında Azərbaycan xalqının rolu" mövzusunda keçirilmiş Respublika Elmi Konfransının Materialları, Sumqayıt Dövlət Universiteti, Sumqayıt, 7 may 2010, s. 89 .

Şahdağlılar Birinci və İkinci dünya müharibələrində, həmçinin Qarabağ müharibəsində iştirak etmiş, müharibənin digər iştirakçıları kimi onlar da ağır itkilərə məruz qalmış, Vətənin azadlığı uğrunda canlarını fəda etmişlər. Xüsusilə, 1941–1945-ci illərdə baş vermiş Böyük Vətən müharibəsi Şahdağ xalqlarının demoqrafik inkişafına ciddi təsir göstərmişdir. Belə ki, əsasən Quba-Qusar-Şabran zonasında 1941-ci ilin oktyabrında təşkil edilmiş 223-cü diviziyanının tərkibində müharibəyə yollanmış yüzlərlə şahdağlıların çox böyük əksəriyyəti cəbhədən öz doğma yurdlarına dönməmişdir, lakin onların müharibədə iştirakı barədə lazım olduğu qədər informasiya toplamaq çox çətindir. Bunun əsas səbəbləri indiyə qədər bu sahədə heç bir fundamental tədqiqatın aparılmamasıdır. Xüsusilə də şahdağlıların özlərinin mövzunu araşdırmaması bu sahədə həqiqətlərin üzə çıxmaması ilə nəticələnmiş və boşluqlarla müşahidə olunan bir müstəvi yaratmışdır.

Şahdağlıların demoqrafik inkişafına ən ciddi zərbə isə ermənilər tərəfindən vurulmuşdur. Belə ki, 1918-ci ilin yazında ermənilər tərəfindən həyata keçirilmiş soyqırımı zamanı Quba mahalında Şahdağ xalqları çox ciddi zərər çəkmişdirУказатель географическиx названий Список селений Кубинского уезда, подвергшиxся погромам в апреле-мае 1918 г. .

Şahdağlılar bu gün də Azərbaycan Respublikasının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində, mümkün olduğu qədər yaxından iştirak edirlər.

Kiçik Yeddilər

Buduqlular

Ceklilər

Əliklilər

Haputlular

Xınalıqlılar

Qrızlılar

Yergüclülər

Ənənəvi şahdağlı ailəsi Şahdağ xalqlarını xarakterizə edən əsas cəhətlərdən biri onların ailə və məişət həyatı ilə bağlı adət-ənənələridir.

Şahdağlıların ailə tərkibi çoxuşaqlılığı ilə səciyyələnir. Vaxtı ilə burada böyük ailələr mövcud olub. 40–50 nəfərdən ibarət ailəyə ata başçılıq edib, ata olmayanda isə böyük oğul bu vəzifəni icra etmişdirTeymur Bünyadov. "Əfsanələr diyarı", "Azərbaycan" jurnalı, № 2, Bakı, 1987, s. 152. Ümumiyyətlə, patriarxal münasibətlər üzərində qurulan ailədə kişi hakim mövqeyə malik olub, ailənin bütün təsərrüfatının, keçinəcəyinin təmin edilməsinə özü rəhbərlik edir. Qadınlara məxsus işlər ya ananın özü tərəfindən, ya da onun rəhbərliyi altında icra edilir.

Bu ailələrdə hörmət və ehtiram, böyüyə yaxşı, hörmətçil münasibət mövcuddur. Şahdağlı ailələr öz möhkəmliyi ilə də seçilir.

Tarixən mövcud olmuş çoxarvadlılıq ənənəsi müasir ailələrdə nəzərə çarpmır və demək olar ki, aradan çıxmışdır. Şahdağlılarda arvad boşamaq da dəbdə deyil. Onlar müstəsna hallarda, nəsil artımı olmadıqda arvadı boşayır və ya onu saxlamaq şərtilə digər qadınla evlənirlərVaqif Buduqlu-Piriyev. "Buduq və buduqlular". Bakı, "Sabah", 1994, s. 16–17.

Qeyd edək ki, bu azsaylı xalqların hamısında son illərədək ailə-kəbin münasibətlərində endoqamiya – yəni öz tayfasına məxsus qohumlar arasında evlənmə adəti üstün idi. Əmioğlu ilə əmiqızının, yaxud xala oğlu ilə xala qızının ortakuzen, dayıqızı ilə bibioğlunun, yaxud dayıoğlu ilə bibiqızının kroskuzen kəbinə girməsi burada son dövrlərədək adi hal sayılmışdır. Bununla yanaşı, bu xalqlar arasında nikahın levirat (vəfat etmiş qardaşın arvadı ilə subay qardaşın evlənməsi), sororat (arvadı vəfat etmiş kişinin öz subay baldızı ilə evlənməsi) kimi qədim kəbin formaları da tətbiq edilmişdir.

Levirat və sororatın əsasında iqtisadi amillərlə yanaşı, ailənin parçalanmaması məqsədi də durmuşdur. Əri vəfat etmiş qadın şübhəsiz ki, bir müddətdən sonra ər evini tərk etməli idi. Belə olan halda o, ata evindən gətirdiyi cehizi, habelə ər evindən ona çatacaq müəyyən varidatı da özü ilə aparmaq hüququna malik idi. Bu isə əslində kişi evinin iqtisadiyyatına ciddi zərər vurmuş olurdu. Bu və eləcə də mərhumun uşaqlarının başqa ailəyə düşməməsi naminə el adəti kimi evin kiçik, evlənməmiş oğlu qardaşının dul qadını ilə həyat qurmalı idi. Sororat adətinin məzmununda da yenə bu amillər dururdu. Belə ki, arvadı vəfat etmiş kişi evlənərkən kiçik yaşlı uşaqlarının taleyini əsas götürərək başqası ilə deyil, həyat yoldaşının bacısı, yəni öz baldızı ilə evlənməyi daha üstün tuturduQəmərşah Cavadov. "Azərbaycanın azsaylı xalqları və milli azlıqları" (Tarix və müasirlik). Bakı, "Elm", 2000, s. 201–202.

Ümumiyyətlə, əvvəllər Şahdağ xalqlarında kəbinə girmə çox erkən yaşlarından icra edilərdi. İnqilabdan əvvəl bu yaş 14–15 idisə, daha sonralar 18–20 yaş arasında müəyyən olunurduQəmərşah Cavadov. "Azərbaycanın azsaylı xalqları və milli azlıqları" (Tarix və müasirlik). Bakı, "Elm", 2000, s. 203.

Adət-ənənə

Toy adətləri right|300px|thumb|Xınalıqda toy mərasimi (müəllif: Maral Rəhmanzadə)Ayna Uşaq Ensiklopediyası. Müəlliflər heyəti. "İncəsənət. Bəşəriyyətin misilsiz sərvəti". Bakı. "Ayna Mətbu Evi". 1999, 2004. Səh. 94. Şahdağ xalqlarının toy adətlərində Azərbaycanda yaşayan digər xalqlara xas olan ümumi-oxşar adətlərlə yanaşı, müəyyən fərqli cəhətlərə də rast gəlirik. Digər azərbaycanlılarda olduğu kimi, bu xalqlarda da toy əsasən 3 mərhələdən – elçilik, nişan və toy mərhələlərindən ibarətdir. Nişan zamanı "hə" aldıqdan sonra, "çörək kəsdi" adəti icra edilir. Bundan ötrü oğlan evindən məhz bu məqsəd üçün gətirilmiş kərə yağı və balı bir neçə lavaş çörəyin üstünə töküb qarışdırırlar, onu lavaş boyu yayaraq, sonra da lavaşları dürməkləyib, qız və oğlan tərəfin iki ağsaqqalına təqdim edirlər. Həmin ağsaqqallar nişanda iştirak edənlərin müşayəti ilə üzbəüz oturub, bükülmüş lavaşı birlikdə kəsirlər. Kəsilmiş çörəyin yarısı oğlan evinə, yarısı qız evinə çatır. Mahiyyət budur ki, bu gündən həmin iki ailə arasında əbədi qohumluğun əsası qoyuldu. Adətə uyğun olaraq, yağ, balla kəsilən bu çörəkdən şirinlik, əhd-peyman əlaməti kimi oğlan və qıza yedizdirilir. İ. Şahbazovun yazdığına görə, qrızlılar arasında "çörək kəsdi" zamanı oğlanın atası süfrəyə müəyyən miqdarda pul da salır ki, buna yerli dildə "pıl saac" deyilirŞahbazov İ. H. "Şahdağ etnik qruplarında nikah və toy adətləri haqqında". "Azərbaycan EA Məruzələri", № 8, Bakı, 1974, s. 82–83.

Evlənmə mərasimində oğlan və qızın fikri əsas götürülməzdi. Burada valideynlərin bir-biri ilə razılığa gəlməsi kifayət edərdi. İqtisadi amillərdən asılı olaraq qız 3–5 il nişanlı qala bilərdi. Bu müddətdə oğlan evi qızı paltarla təmin etməklə yanaşı, hər bayramda qız evinə bayramlıq da aparmağa borclu idi. Qız isə nişanlı qaldığı müddətdə oğlanın yaxın qohumlarından "gizlənməli" və yaşınmalı idi. Həm də nişanlı qalma müddətində qız öz cehizinin hazırlanmasında, xalça-palazın toxunmasında yaxından iştirak etməli idi. right|200px|thumb|Cekli toyu üçün heyvan kəsimi Şahdağ xalqlarında ənənəvi toylar 3 gün 3 gecə, hətta bəzən 7 gün 7 gecə davam etmişdir. Toya bütün kənd camaatı dəvət olunur. Bundan ötrü toy sahibi xüsusi bir nəfəri carçı seçib, onu ata mindirər və qapı-qapı saldırıb camaatı toya dəvət edərdi. Qonşu kəndlərdən adamları toya dəvət etmək üçün isə kəndlər üzrə atlılar ayrılardı. Toy sahibi carçılara müəyyən qədər kişmiş verər, onlar da kəndlərdən dəvət olunan adamların qapısına gedib, həmin şirniyyatdan çatdırar və toya dəvət olunduğunu deyərdi. Dəvət olunan adam da şirniyyat qabına ya pul, ya da cehiz qoyub qaytarardıŞahmurad Qrızlı. "Qrız və qrızlılar". Bakı, "Araz", 1996, s. 24.