Vaqif Məmmədov (Vaqif Hümbət oğlu Məmmədov) — “Əməkdar mədəniyyət işçisi”, ssenarist, redaktor.
Həyatı Vaqif Məmmədov 7 avqust 1939-cu ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetinin Jurnalistika ixtisasında təhsil alıb.
Ölümü Vaqif Məmmədov 15 sentyabr 2015-ci ildə vəfat edib.
Fəaliyyəti Əmək fəaliyyəti 1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. “Sovet Azərbaycanı”, “İncəsənət”, “Gənc nəsil” kinojurnallarının redaktoru olmuşdur. 1980-ci ildən “Mozalan” satirik kinojurnalında redaktor vəzifəsinə təyin olunub. 100-dən çox süjetin ssenari müəllifi və redaktoru olub. Ömrünün sonuna kimi “Azərbaycanfilm” ,kinostudiyasında redaktor vəzifəsində çalışıb. 60-dan çox elmi-kütləvi və sənədli filmin müəllifidir.
Filmoqrafiyası Çəmənlik və otlaqların yaxşılaşdırılması (1969, qısametrajlı sənədli film) – ssenari müəllifi Qəhrəmanlar ölmürlər (1969, qısametrajlı sənədli film) – ssenari müəllifi Nəsrimizin ağsaqqalı (1970, qısametrajlı sənədli film) – ssenari müəllifi Kəndimizin qəhrəmanı (1971, qısametrajlı sənədli film) – ssenari müəllifi Ürək dostluğu (1972, qısametrajlı sənədli film) – ssenari müəllifi Bahar günəşi (1974, qısametrajlı sənədli film) – ssenari müəllifi Üzümlüklərin salınması və becərilməsi (1974, qısametrajlı sənədli film) – ssenari müəllifi Sibir sınaqları (1975, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi Qələbənin yolları (1976, qısametrajlı sənədli film) – ssenari müəllifi Azərbaycan pambığının yetişdirilməsi texnologiyası (1977, qısametrajlı sənədli film) – ssenari müəllifi Taxıl istehsalının ehtiyat mənbələri (1978, qısametrajlı sənədli film) – ssenari müəllifi Yaşıl möcüzə (1979, qısametrajlı sənədli film) – ssenari müəllifi Sən belə cımbılısan (1982, animasiya filmi) – ssenari müəllifi Həyat yolu (1985, qısametrajlı sənədli film) – ssenari müəllifi Xoş gördük, Tovuz (1992, qısametrajlı sənədli film) – ssenari müəllifi Müqəddəs torpaq (II) (1993, qısametrajlı sənədli film) – ssenari müəllifi Gözəlliklər diyarı (1995, qısametrajlı sənədli film) – ssenari müəllifi Vahimə (1998, qısametrajlı bədii film) – redaktor Arxada qalmış gələcək (2004, tammetrajlı bədii film) – redaktor Küçələrə su səpmişəm (2004, tammetrajlı bədii film) – redaktor Girov (2005, tammetrajlı bədii film) – redaktor Yalan (2006, tammetrajlı bədii film) – redaktor İstanbul reysi (2010, tammetrajlı bədii film) – redaktor
Mükafatları 25 sentyabr 2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər Filmlərin siyahısı Yayın bir günündə (film, 1979) Haqqında Məlumat Kateqoriya:Gədəbəy rayonunda doğulanlar Kateqoriya:Düz Rəsulluda doğulanlar